Yaxşı CV hazırlamağın 10 “sirri” – gənclər üçün bələdçi

“Guardian” and “Totaljobs” kimi saytların araşdırmasına əsasən, CV (Curriculum Vitae) işəgötürənlərin istinad etdikləri əsas sənəddir. Bu səbəbdən, bu sənədin hazırlnmasına diqqət yetirməyiniz tövsiyə olunur.

Peşəkarlar CV hazırlayarkən diqqət yetirilməli 10 fundamental məqamı belə çeşidləyiblər:

  1. CV-niz real olsun!

Bir CV maksimum 2 səhifə qədər olmalıdır. İşəgötürənlər CV-yə baxılmasına 10-90 saniyə arasında zaman sərf edirlər. O səbəbdən, CV-nizi çox tutumlu və lakonik edin və əsas məqamları intervyu zamanı qabardın. Bu saytdan CV nümunələri yükləyə bilərsiniz: free CV templates

  1. CV-nizi uyğunlaşdırın

Hamımız bundan keçmişik; eyni CV-ni eyni zamanda bir çox şirkətə göndərirsiniz. Belə etməyin! Bir az vaxt ayırıb, CV-nizi müraciət etdiyiniz vəzifə üçün uyğunlaşdırın. Məhz həmin şirkətə lazım olan bacarıqlarınızı qabardın.

  1. Şəxsi qeydinizi CV-yə daxil edin

İşəgötürənlər yalnız sizin təcrübənizə baxmırlar. Əksinə, qısa şəxsi qeydlə (personal statement) siz həmin vəzifə üçün niyə yararlı olduğunuzu izah edə bilərsiniz. Nümunə üçün: tips to the perfect cover letter

  1. Boşluqlar buraxmayın

CV-dəki boşluqlar sizin haqqınızda şübhə yaradır. Məsələn, hər hansı bir zaman kəsiyində işsiz ola bilərsiniz, amma bu boşluğu pozitiv bir şeylə doldurun; məsələn, könüllü işi, getdiyiniz kurs və s. Bu arada, əlavə dil kurslarına getməyiniz sizin inkişafa meylli insan olduğunuzu vurğulaya bilər.

  1. CV-nizi daim yeniləyin

İş axtarıb-axtarmamağınızdan asılı olmayaraq, CV-niz daim yenilənməlidir. Karyeranızda baş verən hər bir önəmli məsələni CV-nizə əlavə edin ki, sonradan unutmayasınız

  1. Səhvlərə yol verməyin!

Bəli, işəgötürənlər CV-nizdəki səhvlərə fikir verir və inanın, bu gerçəkdən pis göstəricidir. Əgər səhvlərlə bağlı əmin deyilsinizsə, o zaman dostunuzdan yardım ala bilərsiniz

  1. Həqiqəti söyləyin

“Hər kəs CV-sində yalan danışır da!” Xeyr! Belə səhvə yol verməyin, çünki öncəki iş yerinizdən arayış toplayarkən, bu yalanlar üzə çıxacaq və siz məhz yalan danışdığınıza görə işə alınmayacaqsınız.

  1. Rəqəmlər

Bəzilərinə maraqsız görünə bilər, amma rəqəmlərlə siz özünüzü daha yaxşı “sata” bilərsiniz. Məsələn, öncəki iş təcrübəniz barədə “satıçları artırmışam” yox, “ “6 ay ərzində satışları 70% artırmışam” yazsanız, bu, təbii daha təsirli olacaq.

  1. CV-nizə görkəm verin

Biz təsvirin çox önəmli olduğu bir dünyada yaşayırıq və bu CV üçün də keçərlidir. Bir az vaxt sərf edib, CV-nizi “gözəlləşdirin”. Sıralama və qısa cümlələrdən istifadə edin və beləliklə, CV-nizi gözəyatımlı edin.

  1. Başlıqlar əlavə edin

İş elanlarına, yaxud saytlarına CV əlavə edirsinizsə, başlıqlar çox önəmlidir. Belə ki, axtarış sistemində sizin CV önə çıxa bilər. Hansı sözlərin çox axtarıldığını “google axtarış sistemi” ilə tapa bilərsiniz və həmin sözləri öz CV-nizə başlıq kimi daxil edə bilərsiniz.

Yeri gəlmişkən, CV latın dilində “curriculum vitae” ifadəsindən götürülüb, həyat yolu deməkdir.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir