Xarici dil kurslarını necə seçmək olar?

Təxmini hesablamalara görə, Bakıda 500-dən çox özəl dil kursları var. Bu böyük rəqəm ingilis, rus və digər dilləri öyrənmək istəyən tələbələrə geniş seçim verməklə yanaşı, doğru seçim etməyi əslində, bir az çətinləşdirir.

Dil kursları seçərkən hansı amillər başlıca rol oynayır, yaxud nəyə fikir verilməlidir?
– Reklamlar
– Endirim kampaniyaları
– Dostunuzun tövsiyəsi
– Müəllim xarizması
– Tədris mərkəzinin məkanı
– Tədris otaqlarının şəraiti
– Beynəlxalq akkreditasiyalar
– Müqavilə və şərtlər
– Sınaq dərsinin olması
– Ödəniş məbləği
– Xidmət keyfiyyəti və məsuliyyət

Reklam

Reklam istənilən məhsulu ilkin, yaxud təkrar çatdırma yollarından biridir. Günümüzdə ən çox istifadə olunan reklam növü sosial media üzərindən verilən reklamlardır. Reklamın məzmunu və səviyyəsindən artıq sizdə tədris mərkəzi barədə ilkin təəsürat yarana bilər.

Endirim kompaniyası

Endirim kampaniyaları sizin bir neçə xidməti eyni anda almağınız üçün yaxşı fürsətdir. Burda tövsiyə olunan əsas məsələ bir-birini tamamlayan xidmətlərin olmasıdır. Məsələn, kampaniya olsa belə, eyni anda 2 dili öyrənmək sizi “Əli aşından da edər, Vəli aşından da”. Amma ingilis dili yaxud rus dili, bir də office yaxud dizayn proqramları yaxşı sintezdir.

Tövsiyə

Bütün dövrlərin ən güclü reklam aləti – tövsiyədir. Dost, tanışınız sizə hər hansı bir dil kursunu məsləhət görürsə, yaxud özünüz bu tanışların inkişafını hiss edirsinizsə, tərəddüd etmədən, seçiminizi qərarlaşdıra bilərsiniz.

Müəllim heyəti

Müraciət edəcəyiniz mərkəzin müəllim heyəti də ən vacib amillərdəndir. Müəllimlərin təcrübəsi çox önəmli olsa da, burada diqqət yetirəcəyiniz başqa faktorlar da var. Məsələn, müəllimin beynəlxalq sertifikatları, dərslikləri, metodoloji yanaşması və təbii ki, xarizması və ünsiyyət qabiliyyəti!

Məkan

Tədris mərkəzinin məkanı məsələsində ən diqqətçəkən mərkəzinin geniş kütləyə əlçatan olması üçün metro və avtobus dayanacaqlarına yaxın olmasıdır. Nəzərə alın ki, çox zaman getdiyiniz kurs bir neçə ay davam edir və sizin qış-yay aylarında belə rahat şəkildə kəsintisiz dərslərə qatılmağınız çox önəmlidir

Gigiyenik qaydalar

Tədris mərkəzinin şəraitinə normal havalandırılan, gigiyenik qaydalara riayət edilən otaqlar, dərs keçilməsi üçün proyektor, monitor, kompyuter kimi avadanlıqların olması aiddir. Xüsusən sonuncular müasir metodla dərs keçilməsi üçün zəruridir.

Beynəlxalq akkreditasiya

Hazırda bir çox dil kursları həm özgüvən, həm də keyfiyyətli tədrisin təsdiqləyici faktoru olaraq, beynəlxalq akkreditasiyalara üz tuturlar. Beynəlxalq akkreditasiyalar çox zaman təhsilin beynəlxalq qəbul olunmuş standartlara uyğunluğunu təsdiqləyir və bəzən isə, sizə beynəlxalq sertifikat qazandırır.
Müraciət etdiyiniz mərkəzlərdən hökmən tədris müqaviləsi tələb edin və onu diqqətlə oxuyun. İnanın ki, heç bir ciddi dil kursu, yaxud tədris mərkəzi müqaviləsiz fəaliyyət göstərməz!

Sınaq dərsləri

Adətən dərs keyfiyyətindən əmin olan mərkəzlər sınaq dərsi imkanı yaradırlar. Yəni siz bununla həm metodologiya ilə tanış olursunuz, həm də müəllimi dəyişmək kimi bir şansınız olur.
Təbii ki, xidmət keyfiyyəti, dil kursları əməkdaşlarının peşəkarlığı sizdə müsbət təəsürat oyatmaya bilməz. Əslində, bu, şirkətdə korporativ dəyərlərin olduğunu sərgiləyir və sizi seçim üçün addım atmağa sövq edir.

Yekun

Nəhayət, bir dil mərkəzini seçmək üçün ən vacib faktorlardan biri qiymətdir. Ödəniş məsələsi ilə bağlı sizə kiçik bir tövsiyəmiz var; bir dil kursuna gedərkən, verdiyiniz ilk sual ödəniş olmasın. Yuxarıda sadalananlar keyfiyyətli seçim etməyiniz və düzgün müqayisə aparmağınız üçün daha önəmlidir. İngilislərin misalı ilə desək “Bir şeyə 2 dəfə ödəniş edəcək qədər varlı deyiləm”.
Düzgün olmayan seçim əsllində sizi ruhdan salıb, ümumiyyətlə karyera yolunuzu axsada bilər. Unutmayın ki, xarici dillər və müasir biliklər sizi karyera inkişafınızın əsasını təşkil edir.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir