Hər il 10 minlərlə tələbə Azərbaycandan xaricə təhsil almağa gedir. Xaricdə təhsil qərarının arxasında əsasən daha keyfiyyətli təhsil, karyera imkanları, sosiallaşmaq və bəzən isə miqrasiya məqsədləri durur. Ən çox  magistr dərəcəsinin alınması üçün xaricdə təhsil qərarını verərkən, bir çox tələbələr qəbul prosesini özləri aparsalar da, elə demək olar ki, eyni qədər tələbə də bu xidmətin alınması üçün xaricdə təhsil şirkətlərinə müraciət edir.

Xaricdə təhsil şirkətləri – xaricdə təhsil xidmətini göstərilməsində 3-cü tərəf olub, xaricdə təhsil proqramlarını təşkil edən peşəkar və müstəqil qurumlardır. Belə şirkətlər təşkilatı quruluş, proqram model və tipləri və tələbələrə təklif etdikləri xidmət çeşidlərinə görə fərqlənirlər.

Xaricdə təhsil şirkətləri ilə bağlı ilk mühim suallar bunlardır:

  1. Şirkət necə seçilməlidir?
  2. Şirkətin həqiqi üstünlükləri hansılardır?
  3. Necə edək aldanmayaq?!
  4. Xaricdə təhsil üçün özüm müraciət edə bilərəmmi?

Hazırda ölkəmizdə yüzlərlə xaricdə təhsil şirkəti fəaliyyət göstərir. Bunların içində peşəkarlığı, universitet tərəfdaşlıqları, kvalifikasiyalı heyəti olanlarla yanaşı, tələbələrə “yalan” vədlər verən şirkətlər də çoxdur.

Xaricdə təhşil şirkətinin ciddiliyi aşağıdakı meyarlarla ölçə bilərsiniz:

Xaricdə təhsil şirkətlərinin ən böyük üstünlüyü məlumat genişliyi və seçimlərin olmasındadır. Bu da, işi daha peşəkar icra etmyə, eyni zamanda, vaxt itkisinin qarşısını almağa səbəb olur. Daha detallı olaraq, xaricdə təhsil şirkətlərinin bu üstünlüklərini qeyd etmək olar:

Yuxarıda da qeyd edildiyi kimi, əfsuslar olsun ki, ölkəmizdə yumşaq desək, qeyri-peşəkar şirkətlər də çoxdur. Belə şirkətlər əsasən tələbələrə yalan vədlər verir, yaxud bütün həqiqətləri açıb söyləmirlər. Nəticədə, tələbə artıq xaricdə olanda iş-işdən keçmiş olur. Bunun qarşısının alınması yollarından ən birincisi şirkət nümayəndələrinə suallar verməkdir. Heç çəkinmədən, şirkətin qeydiyyat sənədləri, tələbələri ilə bağlı məlumat istəyə bilərsiniz.

Aşağıda şirkətin adətən tələbələrə fənd gəlməyə cəhd etdiyi məqamlar qeyd olunub:

 

Əgər siz xaricdə təhsil üçün özünüz müraciət etmək qərarına gəlmisinizsə, başlamalı olduğunuz ilk nöqtə dil biliklərinizdir. Yadda saxlayın ki, hətta IELTS sertfikat nəticəsi belə tələb olunmasa, normal universitetlər sizinlə hökman xarici dildə müsahibə keçirəcəklər. Və ümumiyyətlə, xaricdə rahat oxuyub-yaşamaq üçün sizə xarici, çox zaman da ingilis dili lazım olacaq. Yetəri dil bilikləriniz olduqdan sonra, xronoloji olaraq, addımlarınızı aşağıdakı kimi planlaya bilərsiniz:

 

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir