Vision Academy-nin Azərbaycandakı rəsmi tərəfdaşı olan West Bohemia Universitetinin (Çex Respublikası) nümayəndəsi cənab Václav Trejbal 8 oktyabr 2019-cu il tarixində Vision Academy-nin ofisini ziyarət etmişdir.

Görüşdə Xaricdə Təhsil Ofisinin direktoru Rövşən Bağırovla müzakirələr zamanı əməkdaşlığın daha da intensivləşdirilməsinə diqqət ayrılmış, yeni tələbələrin qəbulu sahəsində gələcək planlar barədə fikir mübadiləsi aparılmışdır.

West Bohemia Universiteti, dövlət akkreditasiyası olan və  məzunları üçün geniş praktiki imkanlar yaradan universitetdir: 9 fakültə və 2 institutdan ibarət olan təhsil müəssisəsidir. Bura, eyni zamanda müasir tədqiqatlar və inkişaf mərkəzidir.

Universitetin bütün təhsil proqramlarına güclü bir praktik diqqət ayrılır. West Bohemianın professorları öz sahələrində tanınmış mütəxəssislər kimi tanınırlar. Universitet Tətbiqi elmlər, İqtisadiyyat, Elektrik mühəndisliyi, Fəlsəfə və İncəsənət, Mexanika mühəndisliyi yalnız ingilis dilində 24 proqram təklif edir. Çex dilində təklif olunan proqramların sayı isə 50-dən çoxdur. Universitetin ən üstün cəhəti budur ki, tələbələr 1 illik proqramla çex dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə çex dilində və ödənişsiz təhsil ala bilərlər.

Cənab Trejbalın sözlərinə görə:

“Keyfiyyətli çex təhsilini almaq üçün dünyanın hər yanından, o cümlədən Azərbaycandan gələn tələbələrin sayı artmaqdadır”.

Təhsil istiqaməti olaraq West Bohemianı seçən gənclər keyfiyyətli təhsil və iş imkanlar qazanmağa real şans əldə edirlər. Belə ki, 2016-ci ilin statistikasına görə universiteti bitirən gənclərin böyük hissəsi təhsillərinə uyğun iş imkanları əldə etmişlər.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir