Vision komandası

Fidan Bağırova
Vision Academy Əməliyyatlar və Biznesin İnkişafı üzrə meneceridir. 15 ildən çox layihə idarəçiliyi və beynəlxalq təşkilatlarda iş təcrübəsi olan Fidan Bağırova eyni zamanda, beynəlxalq akkreditasiyaların alınması, strateji sənədlərin hazırlanması və büdcə menecmenti üzrə də ixtisaslaşıb.

Zöhrə Məhərrəm
Vision Academy Korporativ Layihələr üzrə koordinatordur. Korporativ sektorla işgüzar görüşlərin və təlimlərin təşkili, təlimöncəsi və təlimsonrası sorğuların keçirilməsi, eyni zamanda korporativ müştəri məmnuniyyəti üzrə sorumlu olan Zöhrə Məhərrəm bu sahədə geniş təcrübəyə malikdir.

Tofiq Ələkbərli
“Vision Academy”-nin Tədris şöbəsinin rəhbəridir. Təhsilin idarəedilməsi üzrə 8 ildən artıq təcrübəsi olan Tofiq Ələkbərov, eyni zamanda “Dadashsoy Business School” un təlimçisi, "Təhsil biznesinin inkişafı" üzrə biznes consultant, TEDx speaker, “Təhsil İdarəçiləri Assosiyasiyası” nın özəl təhsil kursları bölməsinin təlimçi və konsultantıdır.

Rəşad Abbasov
Vision Academy Xaricdə Təhsil Ofisi, Türkiyədə təhsil konsultantıdır. Hər il yüzlərlə tələbənin Türkiyədə təhsil konsultasiyasını uğurla həyata keçirən Rəşad Abbasov qəbul, düzgün universitet və ixtisas seçimi, o cümlədən yerləşmə və qeydiyyat üzrə ixtisaslaşıb.

Ülkər Mehdiyeva
Ülkər Mehdiyeva peşəkar təlimçi, Britaniya Konsulluğu və Təhsil Nazirliyinin ELT (English Language Teaching) mütəxəssisidir. O, hazırda Konsulluq və Nazirliyin birgə təşəbbüsü olan SPEX, SABAH və universitetlərin akademik heyəti üçün EAP layihələrində ekspert təlimçi qismində iştirak edir. Ülkər Mehdiyeva TEFL üzrə LCCI Level 5 Certificate sahibidir.

Samil Niftalıyev
Vision Academy Xaricdə Təhsil Ofisi, Avropada təhsil konsultantıdır. Avropa, ABŞ və digər ölkələridə bakalavr, magistratura proqramlarının seçimi və qəbulu üzrə mütəxəssis olan Samil Niftalıyev Litva və İtaliyada təhsil almış, NATO-nun Vilnüs ofisində təcrübə proqramı keçmişdir. Eyni zamanda, Polşada 2 ilə yaxın iş təcrübəsinə də malikdir.