12 oktyabr tarixində Vision Academy tədris mərkəzində beynəlxalq “TEFL Cert” proqramının tərkib hissəsi olan “Teaching in Mixed-ability Groups” adlı təlim keçirildi. Təlimdə şəhərimizin universitet və məktəb müəllimləri ilə yanaşı həm də bölgələrdən gələn məktəb müəllimləri də iştirak edirdi.

Təlim proqramı “mixed-ability” siniflərdə dərslərin effektiv keçirilməsi üçün lazım olan strategiya və dərs keçmə üsullarını əhatə edirdi. “Bir müəllim kimi hamımızın əsas vəzifələrindən biri ilk dərs keçdiyimiz şagirdlərin zəif və güclü tərəflərini və bacarıqlarını aydınlaşdırmaq olmalıdır ki, onlarla işləyə bilmək üçün düzgün strategiya və üsul seçə bilək. Belə qruplarda işləyərkən dərslərimizin uğurla nəticələnməsini istəyiriksə, şagirdləri fikrimizdə tutduğumuz “şablona” uyğunlaşdırmağa yox, onların öz potensialının üzə çıxmasını və reallaşmasını təmin etməliyik” – Vision Academy İngilis Dili Bölməsinin rəhbəri Ülkər Mehdiyeva qeyd etmişdir.

“Dərs dediyimiz şagirdlər haqda düşünərkən, ilk ağlımıza gələn onların dil bilik səviyyəsi olur və “mixed-ability” qruplarda fərdi tələbələr arasında bu səviyyə fərqi daha da qabarıq olur. Amma linqvistik bacarıqlardan savayı biz həm də tələbələrimizin qeyri-linqvistik bacarıqlarını, yəni,  potensialını, öyrənmə tərzini, sürətini və bu kimi digər amilləri nəzərə almalıyıq. Tələbələrimizdə olan gizli potensialı aşkar edib istifadəsini təmin eməkdə isə müəllimin əvəz edilməz rolu çox böyükdür. Bunun üçün biz dərslərdə istifadə etdiyimiz tapşırıqları, qrup işi və komanda işini elə dəqiqliklə hazırlamalı, seçməli və təbəqələrə ayırmalıyıq ki, yeni dilin mənimsənilməsini bütün tələbələrimiz üçün asanlaşdıraq. Fikir verməli olduğumuz daha bir amil isə hər bir tələbəylə qurduğumuz fərdi ünsiyyət tərzi və onlara söylədiyimz rəylərdir çünki bunlar tələbənin öyrənmə prosesinə münasibətinin formalaşmasına çox təsir edir” – Ülkər xanım sözünə davam etmişdir.

Təlim zamanı iştirakçılar öz şəxsi təcrübələri ilə bölüşmüş, ortaq problemləri də müzakirə etmişlər.

Təlim sonrası iştirakçılar sertifikatla təltif edilmişlər.

[Best_Wordpress_Gallery id=”7″ gal_title=”Teaching in Mixed Ability Groups”]

Paylaşmaq istərdim

2 Responses

  1. Really very productive training. And what I personally learned, is that even though sometimes we think teaching is very simple and banal, it is in fact very creative profession and requires lots of work. Do take part in such trainings in order to build your capacity and skills and deliver your classes in best way!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir