Scholarship – müxtəlif meyarlar və tələblər əsasında təhsil üçün verilən maliyyə yardımıdır. Bir qayda olaraq, Scholarship “diri pul” deyil, tədris mərkəzi tərəfindən oxumaq və ya başqa xidmətlər üçün edilən endirimdir.

Grant – Bir çox hallarda bu termin stipendiya ilə eyniləşdirilir. Amma qrant a) tədris mərkəzinin özü tərəfindən verilməyən b) xərclərin hesabatını tələb edən maliyyə yardımıdır.

Meritbased scholarship – təqaüdün bu növü tələbənin müvəffəqiyyətinə görə verilir. Çox vaxt belə təqaüd artıq müəyyən tədris qurumunda oxuyan tələbələrə ayrılır

Need-based scholarship – Bu təqaüd tədris müəssisəsi, yaxud təşkilat tərəfindən tələbənin, yaxud valideynlərinin maddi durumuna görə verilir. Bu təqaüdü almaq üçün bir çox maliyyə sənədləri və izahatların yazılması lazımdır

Studentspecific scholarship – Bu təqaüdlər bir meyara, məsələn, irq, milli, dini, ailə, tibbi fərqliliyə görə verilir. Azlıqlara (aborigenlər, hindular və s.) verilən stipendiya da bu qəbildəndir

Careerspecific scholarship – Tədris müəssisəsinin öz maraq dairəsində olan hər hansı konkret ixtisas yaxud istiqamət üzrə verilən təqaüd növüdür. Bununla müəyyən ixtisaslara maraq artırılır

Collegespecific scholarship – Müəyyən tədris müəssisəsi tərəfindən verilən xüsusi təqaüd növüdür. Məsələn, universitet tələbədə böyük akademik potensial görür və bu yolla tələbəni özünə “bağlamaq” istəyir.

Athletic scholarship – İdman sahəsində verilən təqaüd növüdür və akademik deyil, idman sahəsində fərqlənən tələbələrə verilir

Bursary – Çox zaman Bursary ehtiyaclı olub, təhsil haqqını tam ödəyə bilməyən tələbələrə verilir. Əvəzində, tələbə universitetdə müəyyən könüllü işlərə cəlb olunur. Qonşu Türkiyədə “Burs” anlayışı isə akademik göstəricilərə əsasən verilən təqaüdü ehtiva edir

Fellowship – Bu da, təqaüd növlərindəndir. Çox zaman magistr, yaxud doktorluk pilləsi tələbələrinin tədqiqat mərhələsində ödənişsiz təhsilini nəzərdə tutur. Bu zaman tələbə professorunun assistenti kimi çalışa, bəzi mühazirələr apara, işləri yoxlaya bilər.

Əlavə məlumat üçün: +99450 254 9292

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir