Sual-cavab

Siz Vision Academy-də təqdim olunan Xaricdə Təhsil, Dil və Beynəlxalq imtahanlar, Maliyyə və karyera təlimləri təklif edir.
Dərslər həm əyani, həm də onlayn (distant) formada təşkil edilir.
Vision Academy Zahid Xəlilov küç., 25 A. ( Elmlər m/s-nın ikinci çıxışı, BDU ilə üzbəüz) ünvanında yerləşir. ( Elmlər metro stansiyasının ikinci (yeni) çıxışından sağ tərəfə çıxdıqda 10 metr məsafədəki binanın 3 və 4 cü mərtəbəsində yerləşir. Bakı Dövlət Universiteti ilə üzbəüzdür).
Vision Academy-də ingilis dili ilə yanaşı alman, rus vəərəb dilləri tədris edilir.
İngilis dili dərslərimiz həftədə 2 dəfə olmaqla 1.5 saat tədris olunur.CEL və Practical English metodları ilə siz danışıq, yazı, dinləmə və oxuma qabiliyyətlərinə paralel olaraq yiyələnirsiniz.Həmçinin həftəiçi danışıq dərslərində iştirak edə bilərsiniz.Qruplar 2-3 nəfərdən ibarətdir.Kursu bitirdikdən sonra sertifikat verilir.Həmçini GPA balınız 85+ olarsa 15%,90+ olarsa 20 % endirim mövcuddur.Tələbə kartına 10% endirim tətbiq olunur.Aylıq ödəniş 75 AZN təşkil edir.
Beynəlxalq standartlara əsasən, bir səviyyənin öyrənilməsi təqribən 200 saat zaman tələb edir, təbii ki, siz peşəkar tədrisdən istifadə edərək, siz bu müddəti qat-qat qısalda bilərsniz. Vision Academy-də hər səviyyə 3 ay davam edir, ilkin səviyyə olan “beginner” isə 2 ay davam edir.
Danışıq dərslərinin əhəmiyyətini dərk edərək, Vision Academy həftəiçi danışıq dərsləri təşkil edir. Danışıq dərslərinin cədvəlini mərkəzimizə yaxınlaşaraq əldə edə bilərsiniz. Aylıq 25 AZN ödəməklə ay boyu limitsiz şəkildə conversation dərslərindən istifadə edə bilərsiniz. 100 AZN-lik conversation kartını əldə etməklə isə 1 il boyunca limitsiz danışıq dərslərində iştirak edə bilərsiniz.
Rus dili dərsləri həftədə 2 dəfə 1.5 saat olmaqla təşkil olunur..Kursu bitirdikdən sonra sizə sertifikat verilir.Həmçini GPA balınız 85+ olarsa 15%,90+ olarsa 20 % endirim qazanırsınız.Tələbə kartına 10% endirim tətbiq olunur.Dərslər qrup şəklində keçirilir və aylıq ödəniş 65 AZN təşkil edir.
Bəli, Vision Academy-də dil daşıcıyıları ilə fərdi dərslərin təşkili mümkündür.
Bəli, siz bir dəfə sınaq dərsində iştirak edə bilərsiniz.
Vision Academy-də AutoCAD , 3ds Max , CorelDRAW, Adobe Photoshop dizayn proqramları tədris olunur.
TYS imtahanına hazırlıq Vision Academy ekspertləri tərəfindən hazırlanmış xüsusi tədris metodu ilə keçirilir. Dərslər türk və yerli mütəxəssislər tərəfindən, həftədə 2 dəfə 1 saat 30 dəqiqə keçirilir. Qiymət qrup halında 100 AZN, fərdi isə 250 AZN-dir. Ödənişsiz qeydiyyat, konsultasiya və sınaq imtahanları xidmətlərimizə daxildir.
Sabah qruplarına hazırlıq kursu ümumi olaraq 3 ay davam edir.Hazırlıqlar 2 fənn - məntiq və ingilis dili üzrə aparılır.Hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur.Dərslər qrup şəklində keçirilir və aylıq ödəniş 100 azn təşkil edir.Həmçinin qeyd etmək istəyirik ki,son illər üçün qəbul göstəricimiz 100% təşkil edir.
Ofis proqramları kursu 3 aylıq olub, sizin iş dünyasında rahat çalışa bilməyiniz üçün təşkil edilib. Dərslər həftədə 3 dəfə 1 saat olmaqla keçirilir və aylıq ödəniş 65 azn təşkil edir. Kursun sonunda sizə sertifikat təqdim olunur.
TEFL və TESOL hər ikisi beynəlxalq müəllimlik sertifikat proqramlarıdır. TEFL – Teaching English as a Foreign Language ana dili ingilis dili olmayan ölkələrdə həmin ölkə vətəndaşlarına ingilis dilinin tədrisi prosesini öyrədir. TESOL isə ana dili ingilis dili olan ölkələrdə həmin ölkələrə gələn migrantlara ingilis dilinin tədrisini öyrədir. Həqiqətdə isə, hər iki proqram sizin mükəmməl beynəlxalq səviyyəli, rəqabətli bir təlimçiyə çevirir.
Xeyr, TEFL kurslarına qatılmaq üçün ən vacib şərt sizin ingilis dili səviyyənizdir və bu səviyyə ən az B2 olmalıdır.
Kanada, ABŞ, Avropa, Türkiyə, Çin, Malaziya, Yaponiya kimi ölkələrə təhsil üçün müraciət edə bilərsiniz.
Türkiyə üçün xidmət haqqı 800, Şərqi Avropa ölkələri üçün 900azn, təqaüd proqramları üçün əlavə 500 azn təşkil edir. ABŞ-a hüquq təhsili üçün heç bir xidmət haqqı alınmır. Çin və Yaponiya üzrə ödəniş 1700azn, ABŞ və Kanada üzrə 2500az təşkil edir.