SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi durur.

SABAH qrupları fərqli mühit, fərqli münasibət, fərqli tədris deməkdir. SABAH qruplarına tələbələrin qəbulu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi qaydalar əsasında aparılır. Bu qaydalara əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə, həyata keçirilir. SABAH qruplarında tədris xüsusi proqramlar əsasında aparılır.

Sabah qruplarına hazırlıq proqramı 2 fənn əsasında (Məntiq və ingilis dili) təşkil olunur. Hər hənn üzrə imtahanda 50 sual təqdim olunur, sualların cavablandırılmasına 2 saat vaxt ayrılır. İmtahanlardan müvafiq bal toplamış tələbələr 3-cü mərhələdə müsahibəyə dəvət olunurlar.

Bu qruplarda tədrisin ən böyük fərqi və üstünlüyü isə  xarici dilin – ingilis dilinin daha intensiv tədris olunmasıdır. Belə ki, bu qruplarda həftədə 6 saat olmaqla ildə 180 saat ingilis dilinin tədrisi nəzərdə tutulub. Nəticə etibarı ilə tələbə SABAH qruplarından məzun olduqda peşəkar ingilis dili biliklərinə yiyələnmiş olur ki, bu da onun rəqabətli əmək bazarında mövqeyini gücləndirmiş olur. Digər bir imtiyaz SABAH-ın tələbələrinə əlavə təqaüdlərin verilməsidir. Əlavə təqaüd SABAH qruplarına qəbul olunmuş bütün tələbələrə, istər dövlət sifarişli ixtisaslar üzrə oxuyan, istərsə də ödənişli əsaslarla təhsil alan tələbələrə ödənilir.

SABAH qrupları müvafiq akademik göstəriciləri (I semestrin nəticələrinə görə 61 bal) olan və 3 mərhələdən ibarət müsabiqədən uğurla keçib müsbət nəticələr əldə etmiş tələbələrdən formalaşdırılır. Əgər bu prosesdə eyni nəticə göstərmiş 2 nəfər olursa, yəni onların balları və digər nəticələri eyni olursa, bu zaman tələbənin qəbul imtahanlarındakı yüksək nəticələri nəzərə alınır və seçimdə ona üstünlük verilir. Amma bu konkret halda, konkret ixtisasdan, ali məktəbdən asılı ola bilir.

Azərbaycanda 7 ali təhsil müəssisəsində SABAH qruplarında tədris təşkil olunur:

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir