Vision Academy ilə

Praktiki ingilis dili

Slider img

Bizim təklifimiz

Əlavə danışıq dərsləri

İngilis dili öyrənməyin əsas məqsədi danışıq olduğundan Vision Academy həftəlik dərslərlə yanaşı ödənişsiz danışıq dərsləri təşkil edir

Fərdi inkişaf proqramı

Mərkəzimizdə siz dərs saatlarından əlavə İngilis dilinizi fərdi şəkildə inkişaf etdirməniz üçün xüsusi proqram təqdim edilir

Beynəlxalq metodologiya

Beynəlxalq akkreditasiya olunmuş mərkəz olan Vision Academy İngilis dilini Practical English və CEL metodları ilə tədris edir

Sertifikat

Səviyyə imtahanlarını uğurlar başa vuran tələbələr dərəcə sertifikatı əldə edirlər

Tələbə endirimləri

Ortalama balınızla siz 20%-dək tələbə endirimi qazana bilərsiniz

Kiçik qruplar

Keyfiyyətli dərs prosesinin təmin edilməsi məqsədi ilə Vision Academy-də İngilis dilinin tədrisi böyük olmayan qruplarda təşkil edilir

Dil haqqında

İngilis dilinin perspektivləri

İngilis dilinin istifadəsi rəqəmlərlə​​

İngilis dili həqiqətən də qlobal bir dildir və təhsil, izgüzar əlaqələr və biznes üçün önəmlidir. 38 ölkədə 5300 işə götürən arasında aparılan sorğuya əsasən, hətta ingilis dili doğma danışıq dili olmayan ölkələrdə belə, fəaliyyət olan şirkətlərin 2/3-ü biznesləri üçün praktiki ingilis dilindən istifadə edirlər.​ Economist.com saytının məlumatına əsasən, dünyada ən böyük söz ehtiyatına malik dil ingilis dilidir. Beynəlxalq təşkilatların 85%-i işçi dili olaraq ingilis dilini istifadə edir və akademik jurnalların 80%-i ingilis dilində dərc olunur. Hazırda dünyada 1.5 milyard insan ingilis dili öyrənir və 2030-cu ilə qədər bu rəqəmin 2 milyarda çatacağı gözlənilir.

Vision Academy İngilis dilini hansı metodla tədris edir?

Mərkəzimizdə İngilis dili CEL (Comprehensive English Learning) metodu ilə tədris olunur. Bu metodun özəlliyi odur ki, siz dili həm reseptiv qabiliyyətlər olan Oxuma və Dinləmə, həm də produktiv qabiliyyətlər olan Danışıq və Yazı biliklərinin inkişafı ilə öyrənirsiniz. Həftədə 3 saatlıq əsas dərsdən savayı, həftəiçi extra danışıq dərslərində (conversation clubs) də iştirak etməklə siz qısa müddətdə rahat ünsiyyət qurmağı öyrənəcəksiniz

İngilis dilini nə qədər müddətə öyrənmək olar?

Qərarınız qətidirsə və qərarınıza uyğun ingilis dili öyrənməyə zaman ayırmağa hazırsınızsa, o zaman bilin ki, Dil Dəyərləndirilməsi üçün Ümumi Avropa Çəvçivəsinə əsasən (Common European Framework of Reference for Languages) hər səviyyə sizdən təqribən 200 saatlıq bir zaman tələb edir. Bəli, 200 saat! Təbii ki, siz bu zamanı peşəkarların yardımından və düzgün vəsaitlərdən istifadə edərək, qat-qat qısalda bilərsiniz.

İngilis dilinin 4 əsas bacarığı

İngilis dili reseptiv və produktiv olmaqla 4 dil bacarığını özündə briləşdirir: Dinləmə (Listening) Danışıq (Speaking) Oxuma (Reading) Yazı (Writing) Bu bacarıqların hamısı önəmlidir və qarşılıqlı əlaqəlidir. İngilis dilinin doğma dil olmadığı ölkələrdə, o cümlədən Azərbaycanda praktiki ingilis dili bacarıqları olan danışıq və yazı səviyyəsi adətən daha zəif olur, çünki təhsil sistemi dilin öyrədilməsini qrammatika və söz ehtiyatı üzərindən aparır. Amma son zamanlar hətta DİM imtahanlarında belə, dinləmə testləri salınır.

Praktiki ingilis dili və karyera

İşə götürənlərin rəyinə əsasən ingilis dilinin karyera üçün faydalarına aşağıdakıları aid etmək olar:
Daha yüksək ilkin əmək haqqı təklifi
Karyera pilləkanında daha sürətli irəliləyiş
Daha sürətli əmək haqqı artımı
Transmilli şirkətdə yaxşı iş imkanı
Sosial media və internetdən daha effektiv istifadə
Xaricdə iş imkanları

İngilis dilini praktiki öyrənmək üçün proqramlar, metodistlər və qalın-qalın kitablar var. İndiki zamanda isə internetdə dil öyrədilməsi üçün bir çox texnika və metodlar, o cümlədən “cəmi 3 aya ingiliscə danişmağı öyrədirik!” kimi cəlbedici, amma çox zaman inanılmaz reklam postları ilə qarşılaşırıq. Yeri gəlmişkən, bu tip postların yalnız Azərbaycanda yayılması haqda yalnış fikirlərə düşməyin, bütün dünyada belə reklamlardan istifadə olunur. Reallığa gəldikdə isə, “Bir dili hansı müddətə öyrənmək olar?”, “Dili öyrəndiyini necə bilim?”, “Mən bu dili bilirəm!” ifadələrinə və suallarına cavab varmı? Ümumiyyətlə, bir dili mükəmməl öyrənmək olurmu? Bu mükəmməllik səviyyəsi necə olçülür? Peşəkarca dili bilmək o dil vasitəsi ilə pul qazana bilmək anlamına gəlirmi? Amma yadda saxlayın ki, ingilis diil öyrənməkdə yalnız həftəlik dərs yükü və ev tapşırıqlarının həllinə arxayın olmaq olmaz. Siz ingilis dilinə gündəlik olaraq zaman ayırmalısınız və burada mütəmadilik çox önəmlidir. Dil öyrənməyiniz hansı faktorlardan asılıdır? – Sizin dil öyrənməyiniz bir sıra amillərdən asılıdır. Bunlardan ən birincisi ingilis dilini öyrənməyinizin aydın məqsədinin olmasıdır. İngilis dili, mübaliğəsiz və sözsüz, dünyanın qlobal, biznes aləminin isə birinci dilidir. Bütün dünyada, o cümlədən bizim ölkəmizdə ingilis dili sizin iş imkanlarınızın qat-qat artırılmasına səbəb ola bilər. Yaxud xaricdə təhsil planınız varsa, dil bilikləri tələblər arasında ilk sıralarda olacaq.
 
Müraciət edin

Uğurlu tələbələrimizdən biri olun

Ümumi müraciət