Online təhsil sinifdə təhsil qədər effektivdir

Beynəlxalq araşdırmalar bunu sübut edir.

Məsafəli yaxud distant təhsilin tarixi

Distant təhsilin tarixi illər deyil, əsrlər öncəyə təsadüf edir. 1728-ci ildə Boston qəzeti stenoqrafiya oxunmasını öyrənmək istəyənlər üçün poçt vasitəsi ilə kurslar barədə elan verir. 1858-ci ildə London Universiteti distant öyrənmə ilə dərəcə proqramları təklif etməyə başlayır. Wisconsin və bu kimi başqa universitetlər də əsrin sonunda bu adəti davam etdirməyə başlayır. 1950-60-cı illərdə universitetlər radio və televiziya yayımı vasitəsi ilə kurslar təşkil edirlər.

İlk virtual sinif otağı 60-cı illərdə İllinois Universiteti tələbələri tərəfindən yaradılmışdır. Onlar kompyuter terminallarını əlaqələndirərək, əməkdaşlığa imkan verən sinif otağı sistemi yaratmışdılar. 1995-ci ildə isə ilk dəfə olaraq, Penn Dövlət Universitetinin professoru şəbəkə (internet) üzərindən ilk tam dərs kursunu keçmişdir.

2018-ci ildə Learning House, Inc. tərəfindən aparılmış tətqiqata əsasən, daha öncə tətqiqata cəlb olunmuş insanların 85%-i onlayn, yaxud distant təhsilin sinifdaxili təhsillə eyni keyfiyyətdə olduğunu söyləmişlər.

Onlayn təhsilin effektiv olmasını göstərən bəzi faktlara nəzər salaq

  1. Məkan alyayışının aradan qalxması. Sizin coğrafi yeriniz artıq öz əhəmiyyətini itirir və siz minlərlə kilometr uzaqda olan kurslara belə qatıla bilirsiniz.
  2. Rahatlıq. Bir çox onlayn dərs platformaları sizə istədiyiniz qrafiki seçməyə, yaxud dərslərə istənilən zaman baxmağa imkan verir. Xüsusən, iş adamları üçün bu çox əlverilşlidir
  3. Daha az stress. Bu, o demək deyil ki, onlayn dərslər zamanı siz daha az çalışırsınız, yaxud bu dərslər daha asandır. Sadəcə, zaman rahatlığını nəzərə alaraq, sizin səhər 7-də qalxmağa yaxud gecə 4-ə qədər yatmamağa ehtiyacınız qalmır
  4. Öyrənmə tempi. Onlayn öyrənmə tələbələrə materialı yaxşı məsimsəmə imkanı verir, belə ki, siz eyni materiala dəfələrlə nəzər yetirə və oxuya bilərsiniz.
  5. İştirak. Tələbələr daha əmin olaraq dərslərlə iştirak edirlər

Onlayn yaxud distant təhsilin bizim cəmiyyətə uyğun başqa faydaları da var;

  1. Hazırki Coronavirus pandemiyası şəraitində onlayn təhsil dərslərin arasıkəsilməzilyini təmin edir və siz öyrəndiklərinizi unutmursunuz
  2. Başqa dostlarınız özlərinə məşğuliyyət axtararkən, siz bilik və bacarıqlarınızı sürətlə artırırsınız
  3. Onlayn dərslər zamanı yol puluna qənaət edirsiniz
  4. Onlayn təhsillə müasir dərs vərdişləri və yeni qabiliyyətlər qazanırsınız
  5. Gələcəkdə sinifdaxili, yaxud onlayn qaydada təhsil almaq seçim imkanını qazanırsınız
  6. İnsanların çölə çıxmamasının tövsiyə olunduğu zamanda həm sağlıqlı qalır, həm öyrənir, həm də dostlarınızla virtual da olsa görüşürsünüz

Və sonunda yaddan çıxarmayaq ki, online, yaxud sinifdə təhsil üçün ən önəmli olan sizin həvəsiniz, çalışqan, məqsədyönlü və ambisiyalı olmağınızdır.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir