Kompyuter elektron hesablama maşınıdır və EHM sahəsində ən son alət məhz kompyuterlər hesab olunur. Kompyuterlərdən əvvəl abaküs, arifmomert, cəmləyici maşını kimi EHM-lər olub və hər bir maşın öncəkindən daha təkmil idi.
1822-ci ildə İngilis riyaziyyatçısı Charles Babbage İngiltərə hökümətinin maliyyə dəstəyi ilə buxarla çalışan rəqəm cədvəllərini hesablaya bilən hesablama maşınını icad etməyə cəhd edir, lakin işini sona çatdıra bilmir.

[Best_Wordpress_Gallery id=”38″ gal_title=”Computer history”]
1880-ci ildə ABŞ əhalisi o qədər artır ki, əhalinin ümumi siyahıya alınmasına 7 il tələb olunur! Beləliklə, bu və digər hesablama problemlərinin həll olunması üçün tam otaqları tutan perfokartlı kompyuterlərin icadına start verilir. Herman Hollerith icad etdiyi EHM vasitəsi ilə siyahıya alınma işini cəmi 3 ilə yerinə yetirərək, ABŞ hökümətinə 5 milyon dollarlıq xeyir gətirir. Herman Hollerith eyni zamanda bir müddət sonra IBM adını daşıyacaq şirkətin əsasını qoyur.

İlk yaradılan kompyuterin və tutduğu sahə 130 kv.m əhatə edir və çox ağır olub və monitoru belə olmur. İcra olunan prosesləri icraçı monitorda görə bilmədiyindən təsəvvürlə apardığı əməliyyatların doğru olduğunu təxmin edrb. İkinci nəsil kompyuterlərin monitorila təchiz edilməsinə baxmayaraq, onlar da box böyük ölçülü və çəkili olur. Və yalnız üçüncü nəsil kompyuterlər artıq istifadə olunan ölçülər, yaddaş qurğusu və yaddaşa görə daha kompakt və effektiv olur.

Ən yeni sayılan dördüncü nəsil, yaxus masaüstü kompyuterlərdə bütün istifadə olunan qurğuları eyni bir masanın üzərinə sığır.

Bəzi ədəbiyyatçılar isə hesab edirlər ki, kompyuterlərin beşinci nəsli də var və həmin kompyuterlər Azərbaycanlı alim, bütün dünyada tanınan ixtiraçı Lütfüzadə məntiqi ilə çalışır. Bu kompyuterlər qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslən çalışır və insan beyninin müəyyən funksiyaları elektron cihazlara da yüklənməsi nəticəsində, onlar insan kimi düşünüb, qərarlar verir və müəyyən əməliyyatları icra edirlər.
Məqalə Vüqar Süleymanlı tərəfindən hazırlandı
Vüqar Süleymanlı Vision Academy-də Magistr hazırlığına bağlı Məntiq və İnformatika üzrə təlimçidir.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir