1. İngilis dilinin vətəni indiki şimali-qərbi Almaniya və Hollandiyadır
  2. İngilis dilindəki “long time no see” (çoxdandır görüşmürük) ifadəsi amerika hinduları və ya Çinə məxsus olub, qrammatik cəhədtən düzgün sayılmır.
  3. “Go!” (get!) ingilis dilində ən qısa və qrammatik düzgün cümlədir.
  4. Butterfly (kəpənək) sözünün ilkin versiyası “flutterby” olub
  5. İngilis dili leksikonuna hər il 4,000 yeni söz əlavə olunur
  6. İngilis dilində ən çox işlənən sözlər “I” və “You” (mən və sən) sözləridir
  7. İngilis dilinin 11%-I “E” hərfindən ibarətdir
  8. İngilis dili dünyanın ən xoşbəxt dillərindən biridir – “Oh” (Ah!) və “Happy” (xöşbəxt) sözləri “sad” (gəmgin) sözündən 3 dəfə çox işlənir
  9. Dünya əhalisinin ¼-I az da olsa İngilis dilində danışır.
  10. ABŞ-da rəsmi dil yoxdur.
  11. Bu dili idarə edən heç bir rəsmi idarə və təşkilat yoxdur – müqaisə üçün, Fransız dilini Académie Française, İspan dilini Real Academia Española və Alman dilini Rat Für Deutsche Rechtschreibung idarə edir. Bu təşkilatlar sözlərin istifadəsi, lüğət tərkibi və Grammatik qaydaların təkamülünə nəzarət edirlər
  12. İngilis dlilində ən çox istifadə olunan sifət “good” (yaxşı) sözüdür
  13. Ən çox istifadə olunan isim “time” (zaman, dəfə) sözüdür.
  14. “Set” sözünün ən çox mənası var.
  15. “Month” (ay), “orange” (portağal), “silver” (gümüş), və “purple” (bənövşəyi) sözləri heç bir digər sözlə qafiyələnmir.
  16. İngilis dilində bir çox kontronimlər (ziddiyətli mənası olan sözlər) var. Siyahıya baxın: You can read a list here!
  17. Bütün dünyada kompyuterlərdə saxlanılan məlumatın 80%-dən çoxu İngilis dilindədir
  18. Sadəcə zaman boşluğuunu doldurmaq üçün istifadə olunan “like” yaxud “basically” kimi sözlər “dayaq sözlər” adlanır (və yaxşısı, ciddi nitqdə onları istifadə etməməkdir)
  19. İngilis dili 67 ölkənin rəsmi danşıq dilidir
  20. İngilis dilində olan mətnlərin 90%-i cəmi 1000 sözdən ibarətdir
  21. ABŞ-da İngilis dilinin 24 müxtəlif dialekti var
  22. “Lol” (Laugh out loud – bərkdən gül) 2011-ci ildə Oxford English Dictionary lüğətinə daxil edilib.
  23. Britaniya aksenti ABŞ inqilabı zamanı London və bu şəhər ətrafında istifadə edilməyə başlayıb
  24. Vilyam Şekspir bir çox yeni sözləri icad edib. Məsələn, birthplace (doğum yeri), blushing (utandığından qızaran), undress (soyundurmaq), torture (işgəncə). Burdan siyahıya baxa bilərsiniz!
  25. “Goodbye” sözü qədim ingilis ifadəsi olub mənşəyini “God be with you” (Allaha əmanət, Allah səninlə olsun) sözündən götürüb.
  26. Etimoloji olaraq Great Britain (Böyük Britaniya) “Rənglənmişlərin Böyük torpağı” anlamına gəlir.
  27. İngilis dilində uzun “İ” səsi 7 cür hərf birləşməsindən yaranır. Bu cümlədə bu tələffüslərin hamısı cəmlənib:‘He believed Caesar could see people seizing the seas’.
  28. Bir çox ingilis sözləri zaman keçdikcə mənasını itirib. Məsələn, “awful” “heyrətləndirən möcüzə” demək idi. “Nice” sözü isə “axmaq” mənasında işlənirdi
  29. İlk ingilis dili lüğəti 1755-ci ildə tərtib edilib.
  30. İndi də istifadə olunan ən qədim ingilis sözü “town” (şəhər)-dir.

 

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir