IELTS dünyada tələbələrin ingilis dili səviyyəsini müəyyən edən ən vacib testlərdən biridir.

Bu məqalə sizə IELTS imtahanı ilə bağlı maraqlı faktlar və bəzi miflər barədə məlumat verəcək

Doğma dili ingilis dili olanlar və olmayanlar ən yüksək bal sayılan 9 yığmaq üçün eyni şansa malikdirlər.

Tələbə və müəllimlər arasında belə bir fikir formalaşıb ki, IELTS üçün ən yüksək bal hesab olunan 9.0 toplamaq üçün hökmən ingilis dili daşıyıcısı olmalısan. Bu mifdən başqa bir şey deyil

IELST imtahanını “aldatmaq” şansınız yoxdur

Çünki test günü gördüyünüz suallar heç bir yerdə dərc olunmur

IELTS imtahan götürən şəxsdən sualı təkrar etməsini istəməyiniz sizin IELTS balınıza təsir etmir.

Bir çoxları düşünür ki, imtahan götürən şəxsdən söylədiyini təkrar etməsini rica etməyiniz balınızı aşağı salır. Bu, təmamilə yalnış fikirdir, çünki siz danışıq (speaking) bölməsi üzrə imtahan verirsiniz, dinləmə (listening) bölməsi üzrə deyil.

Mürəkkəb, yaxud mətin sözlərdən istifadə yazı bölməsi üzrə balınızı artırır.

Yazı bölməsində mürəkkəb sözlərdən istifadə sizin ingilis dilində peşəkar yazmağınız və lüğət ehtiyatınızın zəngin olduğunu nümayiş etdirir. Amma yalnız bu məqsədlər üçün öyrəndiyiniz sözlərdən bolluca istifadə etsəniz, bu, sizin yazınızı yoxlayan şəxsə çox qeyri-təbii gələ bilər.

Məzmun baxımından, danışıq bölməsində (speaking) doğru, yaxud yalnış cavab yoxdur

İmtahanda iştirak edən üç şəxs eyni suala təmamilə fərqli məzmunda cavab verib, hər üçü yüksək bal toplaya bilər. Çünki danışıq bölməsi üçün yalnız aşağıdakılar yoxlanılır:

 

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir