Eyni dillə ayrılmış 2 millət: Britaniya və Amerika ingiliscəsi

İngilis dili amerikalılara ilk dəfə 16-17-ci əsrlərdə Britaniya müstəmləkəçiləri tərəfindən təqdim olunmuşdur. Sonradan Britaniya ticarət əlaqələri və müstəmləkə siyasətinin nəticəsi olaraq, ingilis dili bir çox ölkələrin ana dilinə çevrilmişdir. 20-ci əsrin əvvəllərində dünya əhalisinin 25 faizindən çoxu ana dili kimi məhz ingilis dilini istifadə etmişlər.

Ötən 400 il ərzində xüsusən Birləşmiş Ştatlarda danışılan ingilis dili bəzi dəyişikliklərə uğramış və beləliklə, Britaniya və Amerika ingiliscəsi yaranmışdır. Bu iki “dil” arasında başlıca fərqlər sözlərin tələffüsü, bəzi qrammatik qaydalar, leksika, durğu işarələri və rəqəm və tarixlərlə bağlıdır. Britaniya ingiliscəsi ilə amerika ingiliscəsi arasındakı fərqlərin müəyyən olunmasında başlıca rolu 1750-ci illərdə Samuel Johnson tərəfindən hazırlanmış ilk Britaniya İngiliscə Lüğəti və 1806-cı ildə Noah Webster tərəfindən hazırlanmış Amerika İngiliscə lüğəti oynamışdır.

Bu iki aksentin hansı birini seçməyiniz sizin özünüzdən asılıdır. Təbii ki, tədris aldığınız müəllim, resurs, dinlədiyiniz kanallar və bu ölkələrdən hər hansı birinə olan simpatiyanız bu seçimdə böyük rol oynayacaq.

Britaniya və Amerika ingiliscəsi ilə bağlı bəzi maraqlı fərqləri diqqətinizə çatdırırıq:

FərqlərBritaniya ingiliscəsiAmerika ingiliscəsi
LiftLiftElevator
Yük maşınıLorryTruck
HüquqşünasSolicitorLawyer
İdman ayaqqabısıTrainersSneakers
RəngColourColor
TəhlilAnalyseAnalyze
CənabMrMr.
DialoqDialogueDialog
MərkəzCentreCenter
QardaşBrotherBro
MüdafiəDefenceDefense
HəftəsonundaAt the weekendOn the weekend
KomandadaIn a teamOn a team
10:10Quarter past tenQuarter after ten
MənzilFlatApartment

 

 

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir