Vision Academy ilə
Digər dillər

Bizim təklifimiz
Xarici təlimçi ilə ingilis dili
İstər iş adamları, istərsə də uşaqlar üçün təşkil edilən xüsusi proqram
Online yaxud əyani dərslər seçim imkanı
Rus, Ərəb və xarici təlimçi ilə ingilis dili üçün həm əyani həm onlayn tədrisi seçə bilərsiniz
Alman dili üzrə sertifikat proqramlarına hazırlıq
DSH Certificate, TestDaF Certificate, GDS Certificate, Goethe üzrə hazırlıq
Daha çox dil, daha geniş dünya deməkdir!
Bildiyiniz dil sayı ilə iş və dünyaya çıxış imkanlarını artırın
Xidmət haqqında
Ətraflı məlumat
Alman dili
Alman dili, German Deutsch, Almaniya və Avstriyanın rəsmi dili, eyni zamanda İsveçrədə rəsmi dillərdən biridir. Qərbi Qerman dil qrupuna aid olan alman dili əsas biznes dillərindən biri hesab olunur. Araşdırmalara görə, alman dili ən çox tərcümə tələb edən dillərdəndir, çünki bu ölkənin xarici ticarət dövriyyəsi çox böyükdür.
İlkin olaraq mühəndislik, elmi və akademik dil kimi qəbul edilən Alman dili eyni zamanda incəsənət, mədəniyyət və moda səhalərində də əsas dillərdən biri hesab olunur.
Alman dilini öyrənməklə siz, Avropanın ən keyfiyyətli təhsil ocaqlarından olan reytinqli Alman universitetlərində ödənişsiz təhsil ala bilərsiniz.
Alman universitetlərin tərəfindən qəbul edilən əsas dil sertifikatları aşağıdakılardır:
DSH Certificate
TestDaF Certificate
GDS Certificate
Goethe
Ərəb dili
Ərəb dili dünyanın 20-dən çox ölkəsinin rəsmi dilidir. İslam dininin də dili olmaqla, ərəbcə sizə dünyadakı 422 milyon insanla ünsiyyət qurmanızı təmin edir. United Language Group-un məlumatına görə, dünyanın 5 danışıq dillərindən biri olan ərəb dilində danəşa şəxslər ən yüksək məvacibli işlərə müraciət edə bilərlər. Nomadcapitalist saytının dəyərləndirməsinə görə, dünyada ən çox öyrənilməsi tövsiyə olunan 5 dildən biri ərəbcədir.
Xarici təlimçi ilə ingilis dili
Xaricilər kimi danışmaq, “native speaker” olmaq, səhv qorxusu komplekslərindən qurtulmağın ən qısa yolu xarici təlimçi ilə İngilis dili dərsləridir. Xarici təıimçi ilə ingilis dili dərsləri sırf danışıq üzərindən yazı, oxuma dinləmə və qrammatik qaydaların öyrənilməsini nəzərdə tutur. Dərslər həm əyani, həm də online (məsafəli) təşkil edilir. Vision Academy xarici dil təlimçiləri dilşünaslıq və təlim sahəsində təcrübəli olan müəllimlərdir və müxtəlif yaş qruplarına dərs keçmək üçün müxtəlif seçimlər təklif olunur.