Çində təhsil
ÖDƏNİŞSİZ TƏHSİL
Birinci ilin təhsil haqqından azad olmaq təminatı
YATAQXANA
Bir illik və tamamən ödənişsiz yataqxana ilə təminat
ÇİNDƏ DƏSTƏK
Qarşılamaq, yerləşmək və sənədləşmədə dəstək
Bunları bilmək önəmlidir
Qəbul şərtləri
Çinin universitetlərinə qəbul almaq üçün ən azı IELTS 5,5 kimi beynəlxalq sertifikat tələb olunur. Yüksək reytinqli universitetlər və təqaüd proqramları üçün qiymətlərin orta göstərici (GPA) əhəmiyyətə malikdir.
Təqaüd imkanları
Çində də əsasən akademik göstəricilər nəzərə alınmaqla təqaüd verilir. Akademik göstəriciləri yuxarı olduqca təqaüd şansı da artmış olur. Eynilə, dil biliyini göstərən sertifikatın yüksək balda olması, digər beynəlxalq sertifikatlar (GRE, GMAT və s.) təqaüd şanslarına çox ciddi müsbət təsir göstərir.
Lazımı sənədlər
* Bakalavr üçün attestat, magistratura üçün isə diplom və diplom əlavəsi * Dil biliyini göstərən sertifikat * Referans məktubları * Motivasiya məktubu * Sağlamlıq haqqında arayış
Yaşam xərcləri
Çinin ən bahalı şəhəri Pekindir. Pekində yaşamaq üçün aylıq 900-1,200 avro civarında xərc tələb olunur. Şanxay, Şenzen kimi şəhərlər isə ikinci ən bahalı hesab olunur. Digər şəhərlərdə isə 500 avro civarında yaşayış xərclərini qarşılamaq olar.
Təhsil haqları
Çində təhsil haqları daha əlverişli hesab olunur. İllik təhsil haqqı adətən 2,000 avrodan başlayır. Universitet (dövlət və ya özəl) və ixtisasa görə təhsil haqları hətta 44,000 avroya qədər də qalxa bilir.
İş imkanları
Çində tələbələr üçün işləmək icazəsi Avropa ilə müqayisədə bir qədər fərqli qaydada baş tutur. Tələbələr universitet və dövlət orqanından yarı gün işləmək üçün icazə almalıdırlar.
Sizin üçün nə edə bilərik?
01
SƏNƏDLƏRİN HAZIRLANMASI
Çinin universitetlərinə müraciət etməzdən öncə, maddi durum, akademik göstəricilərə uyğun universitet və ixtisas seçimi olunur. Daha sonra isə müraciət üçün sənədlər bir daha nəzərdən keçirilib, tam hazırlanır.
02
UNİVERSİTETLƏRƏ MÜRACİƏT
Biz universitetlərə müraciət üçün təyin olunmuş son vaxtı araşdırırıq və gecikmə olmadan düzgün formada hazırlanmış sənədlər ilə müraciətimizi tamamlıyırıq.
03
YATAQXANA İLƏ TƏMİNAT
Stabil aylıq xərc, sosiallaşmaq və digər millətlər ilə ünsiyyət şansları baxımından, Vision Academy Çində yaşamaq üçün yataqxana seçiminə üstünlük verir və bu xidmətləri həyata keçirir.
04
TƏQAÜDƏ MÜRACİƏT
Çinin universitetlərində təqaüdlər əsasən dil biliyi və akademik nailiyyətlərə görə verilir. Dil biliyinə əlavə olaraq, hər hansı bir digər beynəlxalq sertifikat təqaüd şanslarını artırmış olur.
05
SƏFİRLİKDƏ VİZA GÖRÜŞÜ
Bu etapda tələbənin viza görüşü üçün Çin səfirliyində vaxt təyin edirik. Daha sonra isə həmin vaxtda tələbə müvafiq səfirliyə yaxınlaşaraq Vision Academy tərəfindən hazırlanmış sənədlərini təqdim edir.
06
ÖLKƏLƏRDƏ QARŞILANMA
Çində hava limanında qarşılama, yataqxanaya yerləşmə və ilkin sənədləşmə işlərində xidmətlərini də təklif edirik.