Amerikada yerləşən hüquq məktəbi – Çikaqo-Kent Hüquq Kolleci Amerika Hüquq Məktəbi ilə birlikdə azərbaycanlı hüquqşünaslar üçün 100% və 75%-lik təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:

SAL programı Tiblisi, Gürcüstanda iki semestri ehatə edir: Yanvar-May 2020-ci il (birinci semestr) və Sentyabr-Dekabr 2020-ci il (ikinci semestr). İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fənndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunur: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.

Dərs rejimiyalnız həftə sonlarını əhatə etməklə, gün boyu, yəni səhər saat 10-dan başlayaraq, axşam saat 5-ə qədər davam edən mühazirələrdən ibarət bir fənndən ibarətdir. Bundan əlavə tələbələrdən dərsdən əvvəl və sonra oxular, imtahan təqdimatları tələb olunacaqdır. İşdən və ailədən ayrı,Chicago-Kent professorlarının və kolleqaların əhatəsində dərs otaqlarında əlavə bir həftə keçirmək istəyən tələbələr Tbilisiyə (Gürcüstan) bütün 10 məcburi dərslərdə ayda bir   iştirak üçün dəvət olunurlar.  Belə ki SAL Proqramı müxtəlif olmaqla 5 kurs intensiv şəkildə Tbilisi şəhərində və digər 5 fənn isə onlayn formada standart olaraq tədris ediləcəkdir. İlk 5 kurs Tbilisi şəhərində ayda bir dəfə olmaqla standart dərs formasında tədris edilməklə dərslərdə canlı iştirak etmək hüququna malik olacaqlar və digər 5 dərs hansılar ki onlayn tədris ediləcəkdir o dərslərdə internet vasitəsilə iştirak edəcəklər.Onlayn şəkildə tədris olacaq fənnlərin siyahısı SAL Proqramının nümayəndələri tərəfindən müəyyənləşdiriləcəkdir.

İki semestrlik proqramı bitirdikdən sonra məzunlar ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır. Bu SAL məzunları üçün 5 semestri əhatə edən qanuni  akademik müddətdir. Çikaqoda bir tam semestrlik SAL sertifikatına sahib olan məzunlar təhsillərini davam etdirmək (doktorantura) və professional (vəkillik imtahanı) nailiyyət əldə etmək üçün əlavə bir semestr seçə bilərlər.

Proqramı bitirmiş tələbələr əldə edəcəklər:

  1. SAL Proqramını Tiblis, Gürcüstanda müvəffəqiyyətlə bitirmiş tələbələr – Amerikan Hüquq Məktəbinin sertifikatl ilə təltif olunacaqdır və sertifikat Amerika Hüquq Məktəbinin və Chicago Kent Hüquq məktəbənin birgə nümayəndələrinin, Chicago Kent Hüquq məktəbinin dekanı və Chicago Kent Hüquq Məktəbinin müəllimi, Chicago Kent Hüquq Məktəbinin rəhbərinin iştirakı ilə imzalanaraq təqdim ediləcəkdir.
  2. Chicago-Kent Hüquq Məktəbini bitirdikdən sonra – “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə Chicago-Kent Hüquq Məktəbindən LL.M diplomu

Baş ofisi Gürcüstan, Tbilisidə yerləşən Qafqaz üçün Amerika Hüquq Məktəbi Çikaqo-Kent Hüquq Kolleci ilə birlikdə təhsilin yayılması missiyasına, Amerika hüquqi araşdırmalarının təbliğinə və inkişaf etməkdə olan ölkələrin hüquqşünasları üçün hüquqi təhsilə bərabər çıxışı təmin etməyə dəstək olmaq məqsədi ilə 2012-ci il tarixdə təsis edilmişdir. Qafqaz üçün Amerika Hüquq Məktəbi 2015-cı ildə və yalnız 3 dəfə üçün Azərbaycanlı tələbələr üçün qeydiyyatın aparılması şərtilə Ölkə üzrə Ortaq olan cənab Gündüz Kərimovla birlikdə Azərbaycan, Bakıda fəaliyyətə başlamışdır və bu əməkdaşlıq nəticəsində artıq 30-a yaxın tələbə Amerika Hüquq məktəbini bitirmşdir. Eyni zamanda, SAL Proqramı artıq Gürcüstan, Azərbaycan, Yunanıstan, Kipr, İtalya, Bolqarıstan, Makedoniya Respublikası və Albaniyadan olan 600 -dən çox tələbəyə təhsil vermişdir. Vurğulamaqdan çox qürur duyuruq ki, SAL programının məzunlarından 61-i Azərbaycanlı hüquqşünanslardır.

Proqramın üstünlükləri

Namizədin karyerası üzərində proqramın təsiri

Təhsil haqqı və təqaüd:

 

Namizədlər aşağıdakı şəxslər ola bilər:

Son qeydiyyat tarixi 5 dekabr 2019-cu ildir. Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

Sənədlər bu ünvanlara göndərilməlidir:

[email protected], [email protected], [email protected] , [email protected], [email protected]

Məşğulluq Məsələləri:

İki semestri bitirdikdən sonra magistratura məzununun kampusdan kənar işləmək hüququ yaranır. Kampusdan kənar bütün işlər üçün iş icazəsi tələb olunur. İş icazəsi ödənişli təcrübi hazırlıq məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. Ümumiyyətlə, F1 vizasına malik məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına malik və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.

Vəkillik imtahanı:

 Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə edilməsi üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə məlumat və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün məzunlara Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransının rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.

Universitet

Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyası və 1951-ci ildə Amerika Hüquq Məktəblərinin Assosiasiyası tərəfindən akkreditasiya əldə etmişdir. 2016 – 2017-ci illərdə “US News & World Reports” Çikaqo-Kent Kollecinin Amerika hüquq məktəbləri arasında ən çox tələb olunan və tanınmış proqramları arasında aşağıdakıları göstərmişdir: Vəkillik peşəsi – 4-cü yer, “Əqli mülkiyyət hüququ” üzrə 9-cu yer, Hüquqi Yazı üzrə 17-ci yer “US News & World Reports“-nın verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin məzunlarının işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.

Faydalı mənbələr:

Amerika Hüquq Məktəbi: www.salchicagokent.com

Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu

Business Facebook Page: School of American Law, Chicago-Kent College of Law

SAL Proqramı Çikaqo-Kent Universitetində: http://www.kentlaw.iit.edu/academics/llm‐programs/special‐llm‐and‐overseastraining/school‐of‐american‐law‐caucasus

Hüquq Məktəbini Mötəbər Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış: http://youtu.be/pKu1V5UTjUQ

Əlavə məlumat üçün əlaqə saxlayın: 

Rövşən Bağırov, SAL-in Azərbaycandakı rəsmi nümayəndəsi:

Email: [email protected]

Tel: +994 50 254 9292

 

Ketevan Jeladze,  həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected], [email protected]

LinkedIn: Ketevan Jeladze

Tel: +995 577 97 40 01

 

Maia Meskhi, həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected], [email protected]

 

[email protected] [email protected]

LinkedIn: Maia Meskhi

Tel: +995 577 77 40 30

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir