İngilis dilinin təlimi, yaxud tədrisi uzun illərdir ki, ən tələb olunan və aktual peşələrdəndir. Çünki bu dil bütün dünyada ən çox danışılan 3 dildən biri, ən əsası isə biznesin ana dilidir. TheLunguist.com saytının təhlilinə əsasən, yaxın gələcəkdə bu dilin başqa birisi ilə əvəz olunması gözlənilmir. Yəni, hələ bir neçə nəsil əminliklə bu dili öyrənib iş karyerası, xaricdə təhsil, sosiallaşmaq, dünya görüşünün artırılmasında istifadə edə bilər.
İngilis dilinin müasir tədrisi sizdən dilin dörd komponentinin mükəmməl aşılanmasını tələb edir. Hazırda dilin leksik tədrisi prioritetləşib, eyni zamanda həm danışıq, həm yazı, həm oxuma, həm də dinləmə qabiliyyətlərinin öyrədilməsi tələb olunur. Hətta ölkəmizdə Dövlət İmtahan Mərkəzinin tələblərinə əsasən, bakalavr və magistr dərəcəsində təhsil almaq istəyənlər həm dinləmə, həm də oxuma qabiliyyətindən imtahan verməlidirlər, halbuki öncəki təcrübədə bu yox idi.
Vision Academy-də İngilis dili dərsləri CEL və Practical English metodları ilə keçirilməklə, iştirakçıların danışıq, dinləmə, oxuma və yazı qabiliyyətlərini parallel inkişafını təmin edir. Həftəiçi əlavə danışıq dərsləri isə sizin bu sahədəki baryeri aşıb, “başa düşürəm, amma danışa bilmirəm” kompleksindən azad olmağınıza töhfə verəcək.

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir