Məsləhət xidməti
Yolunuzun hər bir addımında sizinləyik: Tərəfdaş və tərəfdaş olmayan universitetlərə / kolleclərə əsas təqdimatlar və yeniliklərdən tutmuş motivasiya məktublarının yazılması və məsləhətləşmələrə qədər xidmət göstəririk.
Biz xarici ölkələrdə mövcud olan müxtəlif təhsil imkanları ilə bağlı tələbələrə məsləhət verir və karyera məqsədlərinə nail olmaq üçün onlara yardım edirik.
Əsasən bakalavr və magistr təhsili almaq istəyən tələbələr üçün konsultasiya təqdim edirik
Biz sizi doğru seçim etmək üçün zəruri məlumat və seçimlərlə təmin edirik.
Biz təqaüd proqramları, təməl kurslar, yay məktəbləri və digər imkanlar, viza prosedurları və tələbləri, səyahət əvvəli konsultasiya təmin edirik.
Tələbələri IELTS imtahanlarına hazırlayır və danışıq dərsləri vasitəsi ilə ingilis dilinizin axıcılığını artırırıq.
Kurslar və xidmətlərimizlə bağlı məmnuniyyəti ölçmək üçün sorğular və geridönüm yoxlamaları keçiririk.
Biz eyni zamanda konsultasiyalar aparırıq:
• ərizələrin doldurulması və təcili qərarvermə ilə bağlı yardım edirik. Tələbələr hər zaman ərizə məlumatlarına düzəlişləri müzakirə edə və istəklərinə görə zəruri dəyişikliklər edə bilərlər.
• yaşayış xərcləri, viza ilə əlaqədar məsələlər, yerləşmə ilə bağlı məsləhətlər.
Biz tələblərə uyğun olaraq qəbul şansını, eləcə də hər bir tələbənin ballarını və qabiliyyətlərini nəzərə alırıq və tələbəni müəyyən universiteti seçməyə təhrik etmirik. Seçim yalnız tələbə və ailə üzvləri tərəfindən edilir. Biz ailə içərisində konsensusu təşviq edirik.