Avropada təhsil

TƏQAÜD

Geniş təqaüd imkanları

SERTİFİKATSIZ QƏBUL

Dil sertifikatı olmadan qəbul

İŞLƏMƏK İMKANI

Həftəlik 20 saata qədər işləmək şansı

Bunları bilmək önəmlidir

Avropanın özəyini təşkil edən Avropa İttifaqının əsası 1951-ci ildə qoyulub. 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən ölkələr arasında sərhədlər ləğv olunmağa başlayıb. Hal-hazırda 26 ölkəyə bir ölkənin vizası ilə səyahət mümkündür.

Avropa ölkələri həm təhsil həm də iş imkanlarına görə Azərbaycanda ən məşhur istiqamətlərdən hesab olunur. Avropa ölkələri tələbələrə universiteti bitirdikdən sonra həmin ölkədə müəyyən müddətlik yaşamaq imkanı verir. Bu müddət ölkəyə görə dəyişə bilər: Almaniya 1,5 il, Estoniya isə cəmi 9 ay məzunlara əlavə yaşamaq üçün şans verir.

Qəbul şərtləri

Avropanın bir sıra ölkələrində əksər universitetlər qəbul şərtlərindən biri kimi IELTS 6.0 sertifikatı tələb edir. Qiymətlərin orta göstərici (GPA) tələbi isə universitetlərə görə dəyişir.​ Bir qayda olaraq GPA əsasən reytinqli universitetlərə qəbul və ya təqaüd proqramlarına müraciət zamanı əsas hesab olunur.

Təqaüd imkanları

Avropada əsasən akademik göstəricilər nəzərə alınmaqla təqaüd verilir. Akademik göstəriciləri yuxarı olduqca təqaüd şansı da artmış olur. Eynilə, dil biliyini göstərən sertifikatın yüksək balda olması, digər beynəlxalq sertifikatlar (GRE, GMAT və s.) təqaüd şanslarına çox ciddi müsbət təsir göstərir.

Lazımı sənədlər

* Bakalavr üçün attestat, magistratura üçün isə diplom və diplom əlavəsi.

* Dil biliyini göstərən sertifikat.

* Referans məktubları

* Motivasiya məktubu

* CV (müəyyən hallarda)

Yaşam xərcləri

Avropada bir aylıq yaşamaq üçün xərc şəhərə və yaşam tərzinə görə dəyişir. Məsələn, Zürix, Amsterdam, Oslo kimi şəhərlərdə minimal 1,200-1,300 avro xərc tələb olunursa, bu göstərici Budapeşt, Lodz, Kaunas kimi şəhərdə 350-400 avroya da düşə bilir.

Təhsil haqları

Avropa ölkələrində təhsil haqları ixtisaslara və ölkənin qanunlarına əsasən dəyişir. Məsələn, Almaniya, Norveçdə dövlət universitetləri ödənişsizdir, amma depozit tələb olunur. Ümumiyyətlə, təhsil haqları daha əlverişli ölkələrə Polşa, Çexiya, Litva, Latviya kimi ölkələr aid edilir.

İş imkanları

Avropa İttifaqı 26 ölkəni sərhədsiz birləşdirdiyi üçün geniş bazara və dinamik inkişaf edən sənayeyə sahibdir. Demək olar ki, bütün ölkələrdə həftəlik maksimum 20 saat işləmək tam leqal hesab olunur.​

Sizin üçün nə edə bilərik?

01

SƏNƏDLƏRİN HAZIRLANMASI

Universitetlərə müraciət etməzdən öncə, hədəfə uyğun ölkələr, universitet və ixtisas seçimi olunur. Daha sonra isə müraciət üçün sənədlər bir daha nəzərdən keçirilib, tam hazırlanır.

02

UNİVERSİTETLƏRƏ MÜRACİƏT

Biz universitetlərə müraciət üçün təyin olunmuş son vaxtı araşdırırıq və gecikmə olmadan düzgün formada hazırlanmış sənədlər ilə müraciətimizi tamamlıyırıq.

03

YATAQXANA İLƏ TƏMİNAT

Aylıq xərc, sosiallaşmaq və digər millətlər ilə ünsiyyət şansları baxımından, Vision Academy yaşamaq üçün yataqxana seçiminə üstünlük verir və bu xidmətləri həyata keçirir.

04

TƏQAÜDƏ MÜRACİƏT

Əgər tələbənin akademik göstəriciləri və ya maddi durumu (çox az hallarda) uyğundursa, biz eyni zamanda təqaüd proqramlarına da müraciətimizi edirik. 

05

SƏFİRLİKDƏ VİZA GÖRÜŞÜ

Bu etapda tələbənin viza görüşü üçün lazım olan səfirlikdə vaxt təyin edirik. Daha sonra isə həmin vaxtda tələbə müvafiq səfirliyə yaxınlaşaraq sənədlərini təqdim edir.

06

ÖLKƏLƏRDƏ QARŞILANMA

Bir sıra ölkələrdə istəyə uyğun olaraq, tələbəni qarşılamaq və yerləşməyə dəstəyimizi də həyata keçiririk.

Müraciət edin
Avropada təhsil alan tələbələrimizdən biri olun!
Ümumi müraciət