Bakalavr təhsili hər bir fərdin həyatında ən önəmli seçimlərdən biridir. Çox zaman 16-17 yaşında verilən bu qərar həyatın sonrakı hissəsi üçün həlledici rol oynayır. Bu qərarı verərkən, bir çox doğru və yalnış mənbələrə istinadlar olur. Bəzən özünüdəyərləndirmə aparmadan, yalnız dostları bu ixtisası seçdiyinə görə, bəzən sırf valideynləri istədiyinə görə, bəzən də “hara düşərəm, düşərəm” prinsipi ilə verilən səhv qərarları sonra dəyişmək çətin olur. İkinci bakalavr təhsilinin alınması nadir hallada baş verir, çünki çox zaman öz yaşından kiçik olanlarla yenidən 3 il dərs oxumaq üçün yetərincə ambisiyalı olmuruq. Magistr təhsili isə bizə geniş manevr etməyə imkan vermir, MBA təhsilindən başqa digər bütün ixtisaslar üçün kəskin dəyişiklik bir çox hallarda yolverilməzdir.

Belə olduğu halda, təbii ki, valideynlərin də iştirakı ilə amma müştərək şəkildə qərar vermək lazımdır və bu qərarınızı verərkən, aşağıdakı amilləri nəzərə alsanız, ümid edirik ki, daha düzgün seçim etməyinizə dəstək olar:

Doğru seçim etmək üçün yuxarıdakı tövsiyələri birləşdirib özünüz üçün “check-list” tərtib edə bilərsiniz. Məlumatları daxil edib cədvəli dəyərləndirib, sizə ən uyğun ixtisas seçimini görə bilərsiniz.

Uğurlar!

Paylaşmaq istərdim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir