Vision Academy ilə
ALES
Vision Academy
ALES üzrə xidmətlərimiz

Yüksək ixtisaslı peşəkar müəllim heyəti

Mütəmadi imtahan sistemi ilə öyrənmə prosesinin daim dəyərləndirilməsi

Xüsusi tədris metodikası

Münasib qiymətlər

Mikro (8-10) nəfərlik qruplarda keyfiyyətli tədris alma şansı

Türkiyədə təhsil konsultasiyası
ALES
Akademik Lisansüstü Egitim Sınavı -Türkiyədə magistr təhsilini türk dilində almaq istəyənlər üçün nəzərdə tutulub. Müraciət edəcəyəniz universitetin tələbləri fərqli olsa da, çox zaman Tezli proqramlar üçün ALES imtahan nəticəsi tələb olunur. 55-100 bal sistemi ilə ALES imtahanından ən az 55 bal toplamağınız tələb olunur. ALES Ölçme, Seçme ve Yerleştirme Merkezi (ÖSYM) tərəfindən keçirilir və “sayısal” və “sözel” olmaqla 2 hissədən ibarətdir. Sayısal bölmədə riyaziyyat, məntiq, problem həlli ilə bağlı suallar yer alır. Sözel test əsasən mühakimə yürütməklə dil bacarıqlarını yoxlayır. Sözel və sayısal testlər hər bölmə üzrə 2 test məcmuəsi olmaqla, toplam 200 test sualını əhatə edir. Əgər tələbə sayısal yüklü ixtisaslar üçün müraciət edirsə, o zaman 2 sayısal, 1 sözel test məcmuəsini (toplam 150 sual) həll etməlidir. Əgər müraciət edilən ixtisaslar sözəl yüklüdürlərsə, o zaman əksinə, 2 sözəl, 1 sayısal test toplusunu həll etməsi lazımdır. ALES imtahanı mərkəzləşmiş qaydada ildə 2 dəfə yaz və payızda keçirilir. ALES imtahan nəticəsi 5 il keçərlidir.