Çikaqo-Kent Hüquq Kolleci Tbilisi, Gürcüstan və Çikaqo, IL, ABŞ  ilə birgə zəmanətli 75 % və 100%-lik təqaüdlü Magistratura (LL.M) Proqramını elan edir

Amerikada yerləşən hüquq məktəbi – Çikaqo-Kent Hüquq Kolleci Amerika Hüquq Məktəbi ilə birlikdə azərbaycanlı hüquqşünaslar üçün 100% və 75%-lik təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:

  • Tbilisi, Gürcüstan Respublikası Amerika Hüquq Məktəbinin Proqramı və
  • ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı.

SAL programı Tiblisi, Gürcüstanda iki semestri ehatə edir: Yanvar-May 2020-ci il (birinci semestr) və Sentyabr-Dekabr 2020-ci il (ikinci semestr). İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fənndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunur: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.

Dərs rejimiyalnız həftə sonlarını əhatə etməklə, gün boyu, yəni səhər saat 10-dan başlayaraq, axşam saat 5-ə qədər davam edən mühazirələrdən ibarət bir fənndən ibarətdir. Bundan əlavə tələbələrdən dərsdən əvvəl və sonra oxular, imtahan təqdimatları tələb olunacaqdır. İşdən və ailədən ayrı,Chicago-Kent professorlarının və kolleqaların əhatəsində dərs otaqlarında əlavə bir həftə keçirmək istəyən tələbələr Tbilisiyə (Gürcüstan) bütün 10 məcburi dərslərdə ayda bir   iştirak üçün dəvət olunurlar.  Belə ki SAL Proqramı müxtəlif olmaqla 5 kurs intensiv şəkildə Tbilisi şəhərində və digər 5 fənn isə onlayn formada standart olaraq tədris ediləcəkdir. İlk 5 kurs Tbilisi şəhərində ayda bir dəfə olmaqla standart dərs formasında tədris edilməklə dərslərdə canlı iştirak etmək hüququna malik olacaqlar və digər 5 dərs hansılar ki onlayn tədris ediləcəkdir o dərslərdə internet vasitəsilə iştirak edəcəklər.Onlayn şəkildə tədris olacaq fənnlərin siyahısı SAL Proqramının nümayəndələri tərəfindən müəyyənləşdiriləcəkdir.

İki semestrlik proqramı bitirdikdən sonra məzunlar ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır. Bu SAL məzunları üçün 5 semestri əhatə edən qanuni  akademik müddətdir. Çikaqoda bir tam semestrlik SAL sertifikatına sahib olan məzunlar təhsillərini davam etdirmək (doktorantura) və professional (vəkillik imtahanı) nailiyyət əldə etmək üçün əlavə bir semestr seçə bilərlər.

Proqramı bitirmiş tələbələr əldə edəcəklər:

  1. SAL Proqramını Tiblis, Gürcüstanda müvəffəqiyyətlə bitirmiş tələbələr – Amerikan Hüquq Məktəbinin sertifikatl ilə təltif olunacaqdır və sertifikat Amerika Hüquq Məktəbinin və Chicago Kent Hüquq məktəbənin birgə nümayəndələrinin, Chicago Kent Hüquq məktəbinin dekanı və Chicago Kent Hüquq Məktəbinin müəllimi, Chicago Kent Hüquq Məktəbinin rəhbərinin iştirakı ilə imzalanaraq təqdim ediləcəkdir.
  2. Chicago-Kent Hüquq Məktəbini bitirdikdən sonra – “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə Chicago-Kent Hüquq Məktəbindən LL.M diplomu

Baş ofisi Gürcüstan, Tbilisidə yerləşən Qafqaz üçün Amerika Hüquq Məktəbi Çikaqo-Kent Hüquq Kolleci ilə birlikdə təhsilin yayılması missiyasına, Amerika hüquqi araşdırmalarının təbliğinə və inkişaf etməkdə olan ölkələrin hüquqşünasları üçün hüquqi təhsilə bərabər çıxışı təmin etməyə dəstək olmaq məqsədi ilə 2012-ci il tarixdə təsis edilmişdir. Qafqaz üçün Amerika Hüquq Məktəbi 2015-cı ildə və yalnız 3 dəfə üçün Azərbaycanlı tələbələr üçün qeydiyyatın aparılması şərtilə Ölkə üzrə Ortaq olan cənab Gündüz Kərimovla birlikdə Azərbaycan, Bakıda fəaliyyətə başlamışdır və bu əməkdaşlıq nəticəsində artıq 30-a yaxın tələbə Amerika Hüquq məktəbini bitirmşdir. Eyni zamanda, SAL Proqramı artıq Gürcüstan, Azərbaycan, Yunanıstan, Kipr, İtalya, Bolqarıstan, Makedoniya Respublikası və Albaniyadan olan 600 -dən çox tələbəyə təhsil vermişdir. Vurğulamaqdan çox qürur duyuruq ki, SAL programının məzunlarından 61-i Azərbaycanlı hüquqşünanslardır.

Proqramın üstünlükləri

  • Tbilisidə fəaliyyətə başlayan qarışıq struktura malik proqramdan canlı, interaktiv, üzbəüz olan dərslərə cari iş yerini tərk etmədən qatılaraq faydalanmaq mümkündür.
  • Tbilisidə fəaliyyətə başlayan qarışıq struktura malik proqram 5 intensiv kurslardan və 5 onlayn kurslarından ibarət olmaqla internet vasitəsilə tədris ediləcəkdir.
  • SAL proqramını bitirən, SAL və LL.M proqramlarına müraciətlər üçün əlavə olaraq TOEFL sertifikatının tələb olunmaması;
  •  İki semestrlik Amerika Hüquq Məktəbini bitirdikdən sonra Çikaqo-Kent LL.M proqramına güzəştli və dərhal qəbul olunmaq;
  • Amerika Hüquq Proqramını bitirdikdən sonra məzun Çikaqo-Kent-də “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə bir təhsil ili əvəzinə bir semestr müddətində LL.M dərəcəsi ala bilər;
  • Kifayət qədər olan 100% və 75%-lik təhsil haqqı təqaüdləri;
  • Çikaqo-Kentdə iki semestr ərzində tələbələr 75%-lik təqaüd ilə ən çox tələb olunan istiqamətlər üzrə LL.M dərəcəsini qazana bilərlər: Məhkəmə vəkilliyi sahəsində LL.M, Beynəlxalq Əqli Mülkiyyət hüququ sahəsində LLM , Maliyyə Xidməti hüququ sahəsində LL.M, Hüquqi İnnovasiya və Texnologiya LLM. (Chicago-Kent-də ixtisaslaşdırılmış LL.M proqramları yalnız ilk semestrdə (payız semestri) başlanılması tələb olunur. İxtisaslaşdırılmış LL.M proqramlarını ikinci semestrdə (yaz) başlamaq mümkün deyil).
  • Maqistr dərəcəsi almış tələbələrin 75%-lik təqaüdlə Doktoranturaya qəbul olmaq imkanı;
  • Münasib təhsil haqqını iki və  daha çox dəfəyə ödəmək imkanı;
  • Chicago-Kent LL.M üçün qəbulu növbəti üç akademik il ərzində təxirə salmaq; “ABŞ. Beynəlxalq və Transmilli Hüquq” üzrə LL.M. qazanmaqda maraqlı olan SAL məzunları  LL.M. təhsillərini istənilən, həm yaz, həm də payız semestrlərində başlaya bilərlər. Eyni zamanda məzunlar bir və ya iki semestr cərçivəsində təhsillərini bitirə bilərlər.
  • ABŞ ərazisində kampusdaxili və ya kampusdankənar iş imkanları;
  • ABŞ ərazisində təcrübə proqramları
  • Dünyanın ən yaxşı məkanında, dünya səviyyəli şəhərdə yaşayış imkanı. İşgüzar mərkəzdə yerləşən Chicago-Kent Chikaqo şəhərinin – dünyanın ən öndə gələn hüquq və maliyyə bazarlarının olduğu yerin tam mərkəzində yerləşir;
  • Güclü peşəkar şəbəkənin inkişafı, bütün ABŞ-ı əhatə edən fərqli mütəxəssislər cəmiyyəti ilə əlaqələrin stimullaşdırılması;

Namizədin karyerası üzərində proqramın təsiri

  • Ötən illər ərzində Chicago Kent LLM proqramını bitirənlər məzun olduqdan sonra ABŞ Vəkillər imtahanını keçərək və OPT-ə müraciət edərək karyeralarını qurmağa davam etmişlər.
  • Digərləri isə daha yaxşı beynəlxalq, Avropa və ABŞ hüquqşünasları ilə, hüquq firmaları və dövlət agentlikləri ilə daha da mükəmməl ABŞ hüquq sisteminə yiyələnərək  işləmək üçün  üstün tutduqları ölkəyə qayıtmışlar.
  • Hər bir halda, Chicago Kent SAL proqramı vasitəsi ilə əldə edilmiş biliklər və qurulmuş əlaqələr  şəxsi və peşəkar şəkildə çox böyük dəyər qazanmaqda davam edir.

Təhsil haqqı və təqaüd:

 

  • Azərbaycandakı bazar konyukturu və Tiflisə səfər xərclərini nəzərə alaraq, Chicago-Kent ilk il təhsil ödənişini 5900 dollara endirir. Təhsil haqqı üç hissə ilə ödənilə bilər, lakin birdəfəlik ödəniş etmək istəyən tələblər üçün təhsil haqqı 5500 ABŞ dolları olacaqdır.
  • Çikaqo-Kent Hüquq Kollecində magistr proqramı üçün təhsil haqqının 44,000 ABŞ Dolları olmasına baxmayaraq, Amerika Hüququ Proqramı Məktəbinin məzunları üçün həmin məbləğ 10,000 ABŞ Dollarıdır;
  • 2019-cu il tədris ili üçün müraciət edən tələbələrə 100%-lik təqaüd təqdim edilir.  100 %-lik təqaüd əldə etmək üçün Amerika Hüquq Məktəbində verdiyin imtahan nəticələrinə uyğun olaraq orta qiymət balı ən aşağı 3.8 olmalıdır. Çikaqo-Kent Hüquq Kollecinin dekanı və Dünya üzrə Amerika Hüquq Məktəbinin rəhbəri 100%-lik stipendiya əldə etmək imkanı olanların müraciətlərinə baxaraq ən layiqli namizədi seçəcəklər.
  • Fakultativ olan Çikaqo-Kentdəki (istəyə bağlı ikinci semestr üçün və iki-semestrli ixtisaslaşdırılmış LL.M Proqramları) ikinci semestr üçün isə təhsil haqqı  22,000 ABŞ Dolları əvəzinə 7,250 Dollar təşkil edir.

Namizədlər aşağıdakı şəxslər ola bilər:

  • Hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər və hüquq təhsilinin son ilində olan tələbələr müraciət edə bilərlər: müraciətçilər bakalavr və master dərəcələri ərzində yaxşı qiymətlərə və ya uyğun iş təcrübəsinə sahib olmalıdır( hüquqşünaslıq ixtisası üzrə təhsil almayan bakalavrlar və ya bakalavr dərəcəsinə uyğun təhsil pilləsini bitirmiş və ya təhsilinin son ilində olan tələbələr də müraciət edə bilər)

Son qeydiyyat tarixi 5 dekabr 2019-cu ildir. Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Tövsiyyə edən şəxshaqqında  əlaqə məlumatları göstərmək şərti ilə olan İngilis dilində CV;
  • Bir ədəd Azərbaycan dilindən İngilis dilinə tərcümə edilmiş və ya İngilis dilində tövsiyyə verən şəxsin əlaqə nömrələri qeyd edilməklə tövsiyyə məktubu;
  • Şəxsiyyəti təsdiq edən sənəd və/və ya pasportun surəti;
  • Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surəti/surətləri.

Sənədlər bu ünvanlara göndərilməlidir:

[email protected], [email protected], [email protected] , [email protected], [email protected]

Məşğulluq Məsələləri:

İki semestri bitirdikdən sonra magistratura məzununun kampusdan kənar işləmək hüququ yaranır. Kampusdan kənar bütün işlər üçün iş icazəsi tələb olunur. İş icazəsi ödənişli təcrübi hazırlıq məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. Ümumiyyətlə, F1 vizasına malik məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına malik və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir.

Vəkillik imtahanı:

 Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə edilməsi üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə məlumat və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün məzunlara Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransının rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.

Universitet

Çikaqo-Kent Hüquq Kolleci İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyası və 1951-ci ildə Amerika Hüquq Məktəblərinin Assosiasiyası tərəfindən akkreditasiya əldə etmişdir. 2016 – 2017-ci illərdə “US News & World Reports” Çikaqo-Kent Kollecinin Amerika hüquq məktəbləri arasında ən çox tələb olunan və tanınmış proqramları arasında aşağıdakıları göstərmişdir: Vəkillik peşəsi – 4-cü yer, “Əqli mülkiyyət hüququ” üzrə 9-cu yer, Hüquqi Yazı üzrə 17-ci yer “US News & World Reports“-nın verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin məzunlarının işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.

Faydalı mənbələr:

Amerika Hüquq Məktəbi: www.salchicagokent.com

Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.edu

Business Facebook Page: School of American Law, Chicago-Kent College of Law

SAL Proqramı Çikaqo-Kent Universitetində: http://www.kentlaw.iit.edu/academics/llm‐programs/special‐llm‐and‐overseastraining/school‐of‐american‐law‐caucasus

Hüquq Məktəbini Mötəbər Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış: http://youtu.be/pKu1V5UTjUQ

Əlavə məlumat üçün əlaqə saxlayın: 

Rövşən Bağırov, SAL-in Azərbaycandakı rəsmi nümayəndəsi:

Email: [email protected]

Tel: +994 50 254 9292

 

Ketevan Jeladze,  həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected], [email protected]

LinkedIn: Ketevan Jeladze

Tel: +995 577 97 40 01

 

Maia Meskhi, həmtəsisçi  və Regional direktor, SAL Qafqaz, Türkiyə, Aralıq dənizi, Balkanlar, Mərkəzi Asiya

[email protected], [email protected]

 

[email protected] [email protected]

LinkedIn: Maia Meskhi

Tel: +995 577 77 40 30

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir