TEFL sertifikatı xaricdə iş tapmağa səbəb ola bilərmi?

TEFL sertifikatı xaricdə iş tapmağa səbəb ola bilərmi?

TEFL – həqiqətən də, mükəmməl karyera seçimidir. Beynəlxalq sertifikatın sizə verdiyi ən böyük üstünlüklərdən biri odur ki, 4 illik təhsil dərəcəsiniz olmasa belə, xaricdə İngilis dili müəllimi kimi çalışa bilərsiniz. Hətta deyərdim ki, beynəlxalq TEFL sertifikatı xaricdə işləmək arzunuzu reallaşdırmaq üçün bəzən diplomdan daha faydalıdır. Niyə? Gooversees saytı yazarı və TEFL mövzu eksperti Jessie Beck bu suala aşağıdakı kimi cavab verir:

  • Siz daha peşəkar müəllimə çevrilirsiniz. İngilis dilinin tədris metodları da sürətlə dəyişir və universitet proqralarından fərqli olaraq TEFL programları bu dəyişikliklərə daha çevik uyğunlaşır.
  • Beynəlxalq sertifikatınızın olması sizə bir əminlik hissi verir
  • Siz tədrisetmə və dərs menecmeti strategiyalarını öyrənirsiniz – inanın, öyrəndikləriniz sizə sinfi mükəmməl şəkildə “əlinizdə” saxlamağa yardım edəcək.
  • TEFL sertifikatı sizə daha yüksək əmək haqqı imkanı yaradır. Yəni sertifikat almağa sərmayə etdiyiniz məbləq özünü qısa müddət ərzində doğruldur.
  • Sonunda, TEFL sizə həqiqətən də müəllim olmağı arzulayıb-arzulamadığınızı yoxlamaq üçün əla fürsətdir. TEFL kurslarındakı praktik bölmə sizin qətiyyət əldə etməyinizə kömək edir.

İndi isə öz təcrübəmizə qayıdaq. Yəni, xaricilərin TEFL sertifikatı ilə başqa ölkələrdə iş tapmağı təbii ki, ilhamvericidir, amma həmvətənlərimizin analoji uğurlarını eşitmək əsl uğur hekayəsi və tam bir motivasiyadır.

Nərminə Əliyeva – Türkiyə, İstanbul “Gökkuşağı” Koleji, IB Cambrigde Teacher

Nərminə Əliyeva Vision Academy-də yay “İntensive Course” iştirakçısı olub. Bakıda peşəkar ingilis dili müəllimi kimi çalışan Nərminə məhz Türkiyədə karyerasını davam etdirmək üçün TEFL kurslarına qatılmışdı: “Yeni mühitdə çalışmaq mənim arzum idi və seçimim Türkiyə oldu. Araşdırmalarımdan sonra məlum oldu ki, prestijli özəl məktəblərdə dərs deməyim üçün TEFL sertifikatı böyük avantajdır. Vision Academy-nin təklif etdiyi İntensiv TEFL proqram mənə çox uyğun oldu, çünki qısa zamanda sertifikatımı ala bildim və Gökkuşağı Kolejində işə alındım. Çox xoşbəxtəm!”

Leyla Miralayeva – Çin, Anshan, “Cino Star” məktəbi, Teaching Manager

Leyla Miralayevanın seçimi Çin olub, bu ecazkar ölkə TEFL vakansiyalarının çoxluğu ilə diqqətini çəkib. “Çin TEFL sertifikatı ilə iş imkanlarının çox geniş olduğu ölkələrdən biridir. Ən önəmlisi isə, beynəlxalq sertifikatla siz daha yüksək əmək haqqı tələb edə bilərsiniz. Mən bunun şahidi oldum və TEFL kurslarına qatılmaq qərarımdan çox məmnunam. Eyni zamanda, TEFL kurslarına qatılanlara ən önəmli tövsiyəm odur ki, aldıqları sertifikatın akkreditasiyadan keçmiş qurumdan olmasına diqqət etsinlər”

Səkinə Həsənova – Çin, Hangzhou, “Stanley Education Eenter”, Science and English teaching

Səkinə də Vision Academy-nin təşkil etdiyi yay intensiv kurslarının iştirakçısı olub. TEFL kursunu fərqlənmə sertifikatı ilə bitirən Səkinə üçün iş seçimində ən önəmli meyarlardan biri sənədləşmə işləri olub. “TEFL sertifikatının avantajlarından biri odur ki, siz artıq öz tələblərinizi daha qətiyyətlə edirsiniz, yəni dəvət edən tərəf də anlayır ki, peşəkarla danışır. TEFL sizə bu əminliyi verir. Mən Vision Academy-də TEFL kurslarına qatılmaqla nəinki beynəlxalq akkreditasiyalı mərkəzdən sertifikat, eyni zamanda peşəkar olmaq üçün mükəmməl metodoloji biliklər əldə etdim”

 

Hər il dünyada 250,000 ingilis dili müəllimi xaricə işləmək üçün səyahət edir.  Siz də bu saya qatılmaq istəyirsinizsə, beynəlxalq sertifikat ən doğru seçimlərdən biridir.  TEFL sertifikatı sizə həqiqətən çox geniş imkanlar açır; dünyaya səyahət, yeni iş imkanları, ən təkmil metodologiya ilə tədris və nəhayət, mükəmməl müəllim olmaq şansı! Beynəlxalq akkreditasiyalı TEFL və TESOL mərkəzi olan Vision Academy ilə bütün bu yenilikləri kəşf edə bilərsiniz.

Fidan Bağırova

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir