AZ EN
Feedback

Japan day in Vision Academy

2 fevral tarixində Vision Academy-də Yaponiyanın Tsukuba Universitetinin məzunu Ramil Abdullayevin iştirakı ilə "Həm oxu, həm qazan" adlı seminar baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Xaricdə Təhsil Ofisinin direktoru Rövşən Bağırov qeyd etmişdir ki, Azərbaycanlı tələbələr üçün yeni ölkələrdə təhsil imkanlarını tanıtmazdan öncə bilgiləndirmə və məlumatlandırma işlərinin aparılması zəruridir və məhz bu səbəbdən də Vision Academy belə ölkələrdə təhsil almış tələbələrin öz dilindən belə imkanlarla bağlı məlumat vermək yolunu seçmişdir. “Bəzən müəyyən ölkələrlə bağlı stereotiplər mövcud olur. Məsələn, Yaponiya ilə bağlı ən çox eşitdiyimiz şərh çox uzaqda olmasıdır. Halbuki, bilməli olduğumuz çox önəmli faktlar var. 2-ci dünya müharibəsindən sonra diz üstə çökdürülən ölkə daha sonra nəinki dirçəmək üçün özündə güc və iradə tapdı, hətta 40 ildən çox bir müddətdə dünyanın ikinci iqtisadi dövlətinə çevrildi. Təbii ki, belə bir inkişaf digər sahələrə, ilk novbədə isə təhsilə yansıdı. Və tələbələr üçün çox geniş imkanlar açdı” – Rövşən Bağırov qeyd etmişdir. Tədbirin qonağı Ramil Abdullayev Yaponiyada təhsil və yaşamaq imkanları barədə təqdimat etmişdir. “Bir çoxları Yaponiyada təhsil və yaşama xərclərinin çox yüksək olduğunu düşünür. Halbuki, bu ölkədə imkanlar həddən artıq genişdir” – deyə, o qeyd etmişdir. Tədbirdə iştirakçılara bir çox praktiki məlumatlar verilmişdir. Yaponiyada təqaüd və iş imkanları, yaşama xərclərini minimum endirmək yolları və sənədləşmə işləri ilə bağlı müzakirələr çox maraqla qarşılanmışdır. 
Daim öz müştərilərini məmnun etməyi hədəfləyən Vision Academy gələcəkdə başqa ölkələrlə də bağlı belə tədbirlər keçirməyi planlayır. Səhifəmizi izləməyə davam edin ki, maraqlı imkanları qaçırmayasınız.