AZ EN
Feedback

Vision Academy-nin təşkilatçılığı ilə 28 iyun 2019-cu il tarixində “Kütlə qarşısında uğurlu çıxışın sirləri” adlı seminar baş tutdu.

Seminarda müxtəlif şirkətlərin rəhbərləri, əməkdaşları, müəllimlər, tələbələr, marketinq, PR və satış sahəsində çalışan şəxslər iştirak etdilər.

Təlim Vision Academy-nin Tədris İşləri Üzrə Meneceri Tofiq Ələkbərov tərəfindən keçirildi. Açılış nitqi ilə sözə başlayan Tofiq Ələkbərov, ilk olaraq uğurlu çıxış üçün mövzu seçimi haqqında iştirakçılara məlumat verdi.


Təlim zamanı çıxış edərkən ən çox diqqət ediləsi məqamlar, təqdimat üçün mətnin hazırlanması, kütlə önündə çıxış etmə qorxusundan azad olmanın yolları kimi mövzulara da toxunuldu.

Şəbəkələşmə üçün ayrılmış kofe fasiləsində iştirakçılar, tədbir təşkilatçıları və təlimçi mövzu ətrafında müzakirələri davam etdirdilər.


Fasilədən sonra təqdimatlar zamanı bədən dilinin də önəmini vurğulayan Tofiq Ələkbərov,  iştirakçılara interaktiv təqdimat üsulları haqqında da məlumat verdi.

2 saat davam edən təlimin sonunda qonaqlar, Vision Academy tərəfindən təlimdə iştirakla bağlı sertifikatlar barədə məlumatlandırıldılar.

Seminar Tofiq Ələkbərovun qapanış nitqi ilə bağlı elan edildi.