AZ EN

Professional AutoCAD kursuna qoşul, karyera imkanlarını genişləndir!

Professional AutoCAD kursuna qoşul, karyera imkanlarını genişləndir!

AutoCAD proqramı layihə və konstruktor sənədlərinin işlənməsi, çertyojunun çəkilməsi, təhlil edilməsi və optimizasiya proseslərinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur.

Visionacademy tərəfindən təşkil olunan AutoCAD kursu peşəkar təlimçi Ağa Məmmədov tərəfindən tədris ediləcək. Dərslər praktik məşğələlər üzərindən keçilir.

Kurs haqqında:

Həftədə 3 dəfə, hər dəfə 1 saat
Həftədə 2 dəfə, hər dəfə 1 saat 30 dəqiqə
Azərbaycan dilində
Qrup və ya fərdi şəkildə

AutoCAD proqramını öyrəndikdən sonra müxtəlif detalların, mebellərin, inşaat proyektlərinin sxem və modellərini hazırlamaq, layihə və binaların çertyojunu çəkmək bacarığına sahib olacaqsınız.

AutoCad kursu peşəkarlıq səviyyəsini artırmaq istəyən mühəndis, dizayner, memar və gələcəyini bu sahəyə həsr etmək və karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.