AZ EN

Həm Seminar, həm Səhər yeməyi, həm əla Networking imkanı!

Həm Seminar, həm Səhər yeməyi, həm əla Networking imkanı!

"Sistemli Satış üçün CRM" mövzusunda səhər yeməyi!

Əziz sahibkarlar, yeni qurulmuş biznesdə xüsusi diqqət yetirməli olduğunuz məqam işin sistemləşdirilməsidir. Biznesin ilkin vaxtlarında ənənəvi yollarla idarə olunan işin, sonradan böyüməsi, yeni məhsulların, yeni müştərilərin yaranması, rəqiblər arasında rəqabətin böyüməsi biznesin adət edilmiş metodlarla idarə edilməsini mümkünsüz edir.

Sizin üçün təşkil olunacaq "Sistemli Satış üçün CRM" təlimində CRM alətlərin köməyi ilə satış sisteminin qurulması və balanslaşdırılmış motivasiya sisteminin yaradılması haqqında danışılacaq, satış sistemində yaranan nasazlıqların vaxtında aradan qaldırılması, satış sistemində təkmilləşdirmə yollarından söhbət açılacaq.

Seminar:
Vaxt: 23 fevral, 10:00 
Məkan: 

 (Ünvan: Zahid Xəlilov 25)

Seminar kimlər üçün nəzərdə tutulub?

Sahibkarlar
İdarəçilər
Kommersiya direktorları
Satış üzrə direktor və menecerlər.
Müştəri və satış şöbələrinin təmsilçiləri
Müştərilərin idarə edilməsi və marketinq üzrə təhsil alıb, gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən gənclər

Təlimdə aşağıdaki mövzulara toxunulacaq:

Satışın vəzifələri və məqsədi
Proseslərin idarə olunması sisteminin qurulmasına təsir edən faktorlar
Satış prosesinin ölçülməsi və idarəolunması üçün istifadə olunan alətlər
İstehlakçı potensialı
Satış borusu - şirkətin satış siteminin əsası
Satışların idarə olunması
Satış şöbəsinin motivasiyasının qurulması prinsipləri
CRM vasitəsilə satışların idarəolunması

Təlimçi haqqında

İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya tikinti və istehsal şirkətlərində çalışıb. Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib. Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.
Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.

Seminarda iştirak haqqı: 20 AZN