AZ EN

Karieranızda inanılmaz dönüş yaradacaq peşəkar tərcüməçilik kurslarına start veririk

Karieranızda inanılmaz dönüş yaradacaq peşəkar tərcüməçilik kurslarına start veririk.

Əziz tərcüməçilər və tərcümə ixtisasının məzunları, əgər siz də xarici dil biliklərinizi peşəkar səviyyədə inkişaf etdirərək gəlirlərinizi maksimuma qaldırmaq istəyirsinizsə bu təklif sizin üçündür!
Tərcümə sahəsində 12 ildən artıq yerli və beynəlxalq təcrübəyə sahib olan Elnur Hüseynovun hazırladığı 60 saatlıq proqram əsasında təşkil olunmuş dərslərdə iştirak etməklə tərcümənin əsas sirlərinə yiyələnəcəksiniz.

Proqramda əldə edəcəyiniz bilik və bacarıqlar:

-Tərcümə növləri və texnikaları
-Bilingual - Necə işləyir?
-Tərcüməçi avadanlıqları
-Ardıcıl qeyd alma bacarığı
-Yaddaş fəndləri
-Reaksiya, ünsiyyət və məlumat
-Konsentrasiya, kontekstləşmə
-Üstün zəka
-Keyfiyyətə nəzarət və audit və s.
Təlimçi haqqında məlumat:
Təhsil və ixtisas:
Azərbaycan Diplomatik Akademiyası - Diplomatiya və beynəlxalq əlaqələr (magistr) -2011
Azərbaycan Dillər Universiteti – Lingvistika (magistr) -2008
Azərbaycan Dillər Universiteti – İspan-İngilis dilləri üzrə tərcüməçilik -2006
Universidad Autonoma de Madrid - Fəlsəfə və Humanitar elmlər – 2006
İş təcrübəsi:
- Tərcümə sahəsində 12 ildən çox təcrübəyə malikdir. Yüzlərlə tədbirin sinxron tərcüməçisi olub. 
Qeyd 1. Təlimin sonunda imtahandan uğurla keçən şəxslər həm sertifikatla, həmçinin tərcüməçilik sahəsində (frilans olaraq) işlə təmin olunacaqlar.
Qeyd 2. Proqram müddətində məşhur tərcüməçilər qonaq kimi dəvət olunacaqlar və onlar öz təcrübələri ilə paylaşacaqlar.