Çində təhsil al!

01 noyabr tarixində Vision Academy, tələbələr üçün “Çində təhsil al” adlı seminar təşkil etmişdir. Seminarın əsas məqsədi azərbaycanlı tələbələrin diqqətini bu möhtəşəm ölkədə olan geniş təhsil imkanlarına yönəltmək idi. Tədbirin daha əyani olması üçün Çində təhsil almış, Vision Academy-nin isə TEFL beynəlxalq təlimçi kursunun məzunu Səkinə Həsənova dəvət edilmişdi.

Tədbiri giriş sözü ilə açan Vision Academy Xaricdə Təhsil Ofisinin rəhbəri Rövşən Bağırov qeyd etmişdir ki, Çin hazırda bir çox ölkə vətəndaşları üçün xaricdə təhsil prioritetinə çevrilmişdir. “Hazırda Çin dünyada ali təhsil sahəsində ikinci yeri tutur. Bu göstərici beynəlxalq jurnallarda dərc olunmaq meyarı əsasında müəyyən edilib. Dünyada ən reytinqli universitetlər arasında da ən ön yerlərdən birini tutur; bu ölkənin 44 universiteti ən yaxşı 500 universitet arasındadır. Xarici tələbələrin üz tutduğu ölkələr reytinqində də Çin, ABŞ və İngiltərədən sonra üçüncü yerdədir.” – Rövşən Bağırov demişdir.

İştirakçılarla öz şəxsi təcrübəsi ilə bölüşən Səkinə Həsənova “Çində pulsuz təhsil al” təqdimatını etmişdir. “Əgər niyə təhsil üçün Çini seçməliyəm?” sualı beyninizdərirsə, bu səbəblərə baxın: Çində çox geniş tam təqaüd imkanları var. Çin universitetlərinin reputasiyası yüksəkdir və ingilis dilində təhsil almaq mümkündür. Hətta ödənişlə oxusanız belə, bu bir çox dünya ölkələrindən daha ucuzdur. Çində təhsildən sonra çox geniş iş imkanları var. Nəhayət, Çinin ecazkar mədəniyyəti və tarixi var! – Səkinə Həsənova təqdimatında qeyd etmişdir. Səkinə Həsənova Çin təqaüdləri ilə bağlı geniş məlumat da vermişdir.

Təqdimatın sonunda Çinin yeməkləri, bəzi önəmli qaydalar barədə də təcrübəsi ilə bölüşən Səkinə Həsənova sonra iştirakçıların suallarına cavab vermişdir.

Vision Academy öz tərəfdaş şirkəti vasitəsi ilə tələbələrin Çində qarşılanması, ödənişsiz təhsil alması və eləcə də, ödənişsiz şəkildə yataqxana ilə təmin olunması barədə universitetlər ilə əməkdaşlığını genişləndirir. Çində Mühəndislik, İnformasiya texnologiyaları və Biznes üzrə təhsil proqramları ilə yanaşı, sosial, siyasi və humanitar elmlər də geniş inkişaf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir