Qlobal olaraq hansı dillərə tələbat var?

İngilis dili təbii olaraq, “dünya dili” statusunu daşıyır. Buna görə də, beynəlxalq karyera qurmaq istəyənlər üçün mükəmməl ingilis dili bilikləri bir zərurətdir.

Amma ingilis dilindən savayı əlavə bir dil bilgisi sizə hər zaman daha geniş imkanlar yaradacaq. Beləliklə, sizə ən çox ehtiyac duyulan biznes dünyası dillərinin siyahısını təqdim edirik:

  • Rus dili
  • İtalyan dili
  • İspan dili
  • Fransız dili
  • Türk dili
  • Ərəb dili
  • Mandarin (Çin dili)
  • Yapon dili
  • Koreya dili

Əlavə dil bilgisinin sizin işə alınma ehtimalınız artırma səbəbləri hansılardır?

  • Sizi daha rəqabətli edir – İşçi bazarında çox dil bilən işçilər potensial işəgötürənlər tərəfindən yüksək dəyərləndirilir.
  • Sizi fərqli edir – Əgər sizinlə eyni qabiliyyətlərə sahib 10 nəfərlə birgə görüş siyahısına düşmüsünüzsə, o zaman dil bilgiləri sizin işə alınmanız üçün unikal göstərici ola bilər.
  • Sizə əlaqələrin qurulmasında yardım edir – 2 yaxud 3 dil bilmək sizin danışdığınız tərəflə aranızda olan baryeri aradan qaldırmağa yardım edir. Müştərilər, podratçılar və xarici tərəfdaşlarla iş zamanı bu, çox önəmlidir.
  • Sizə beynəlxalq şirkətlərdə işləmək imkanı yaradır. Xarici dil bilgisi sizi qlobal işçi kimi görməyə imkan verir. Eyni zamanda dil bilgisi sizin karyera inkişafınıza da səbəb ola bilər.
  • Digər peşəkar qabiliyyətlərinizin inkişafı – Xarici dilləri bilmək sizə bu dillərdə yazılmış peşəkar inkişaf kitablarını məminsəməyə və işinizdə tətbiq etməyə yardım edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir