Kanada: Təhsil & Karyera

Kanadadanın ən üstün tərəflərindən biri bu ölkənin iki rəsmi dilinin olması və hər iki dildə təhsil almaq imkanlarının genişliyi ilə bağlıdır. Bu ölkədə həm ingilis dilində, həm də fransız dilində demək olar ki, bütün sahələr üzrə təhsil almaq şansları var. Tələbə kimi isə eyni zamanda həftədə 20 saata qədər işləmək mümkündür, yəni bunun üçün hər hansı bir iş icazəsi almağa ehtiyac yoxdur. Ölkənin digər üstün tərəfi budur ki, tələbə təhsilini bitirdikdən sonra Kanadada 1-3 illik işləmək və yaşamaq hüququ əldə edir. 1 illik iş həyatından (tam gün işləməklə) sonra isə Kanadada daimi yaşamaq hüququna müraciət etmək olar. Nəzərə alanda ki, ölkənin miqrasiya siyasəti daha şəffaf və açıqdır, bu ölkədə təhsil almaq barədə düşünməyə dəyər.

 

Kanadanın təhsil sistemi

Kanadanın təhsil sistemini analiz edərkən bir neçə məqama diqqət yetirilməlidir. Kanada həm bakalavr, magistratura və doktorantura, eyni zamanda 1 illik sertifikat və 2 illik diplom proqramlarını üzrə təhsil almaq olar. Kanadada bakalavr təhsil müddəti tipik olaraq 4 il, magistratura isə 2 illikdir. Bakalavr və magistratura daha çox elmi karyera üçün lazım olduğu halda, sertifikat və ya diplom proqramları əsasən peşəyönümlüdür.

 

Təhsildən sonra karyera

Kanadada təhsildən sonra iş icasəi (Post-graduation work permit (PGWP)) icazəsi üçün bir neçə detal nəzərdən qaçmamalıdır:

  1. Təhsil müddəti 8 aydan azdırsa, iş icazəsinə müraciət edə bilmərsiniz.
  2. Təhsil müddəti 8 aydan 2 ilə qədərdirsə, bu zaman təhsil müddəti qədər iş icazəsi ala bilərsiniz. Məsələn, 9 aylıq bir təhsil proqramı ilə maksimum 9 aylıq iş icazəsi əldə etmək olar.
  3. Təhsil müddəti 2 il və daha artıqdırsa, 1-3 illik iç icazəsi almaq olar.

 

Əsas məqam bundan ibarətdir ki, Kanadada təhsil sonrası iş icazəsinə müraciət etmək üçün təhsil müəssisəsini düzgün seçmək lazımdır. Yəni tələbə təklif olunan elə təhsil mərkəzi seçməlidir ki, həmin təhsil mərkəzi (universitet və ya kollec) Kanadanın əvvəlcədən müəyyən edilmiş tədris müəssisələrinin siyahısında olsun. Digər bir məqam isə ehtiyac duyulan karyera istiqaməti bağlıdır. Elə bir ixtisas üzrə mütəxəssis olmaq lazımdır ki, həmin peşə Kanada üçün kifayət qədər üstün hesab olunan peşələr siyahısında olsun.

 

Təhsil üçün tələb və xərclər

Şərtlər hansı proqramı seçməyinizdən asılıdır. Məsələn, magistratura proqramına başlamaq istəyirsinizsə, dünya sıralamasında nüfuzlu yer tutan universitetlər üçün tələbənin yekun qiymət ortalaması (CGPA), dil bilikləri (IELTS və ya TOEFL) və eləcə də, əlavə sertifikatların (GRE, GMAT və s.) təqdim olunması tələb oluna bilər. Sonuncu sertifikatlar tələb olunmasa belə, çox yaxşı səviyyədə dil biliyi və ortalama balının yüksək olması önəmlidir. Kanada üçün illik təhsil haqları 8,000 Kanada dollarından (məsələn, Konkordiya Universitetinin Siyasi elmlər proqramı) 52,000 Kanada dollarına (məsələn, York Universitetinin MBA proqramı) qədər dəyişir. Təhsil haqlarından əlavə, illik xərcləriniz 15,000 Kanada dolları civarında hesablanmalıdır, baxmayaraq ki, Kanada üçün tələbə vizasının alınması zamanı sizin hesabınızda 10,000-11,000 Kanada dollarının göstərilməsi tələb olunur.

Təqaüd imkanları

Kanada üçün təqaüd imkanları çox genişdir. Bu təqaüd proqramlarını birləşdirən müəyyən ortaq cəhətlər var. Tələbə olmaq istəyən şəxsin əvvəlki təhsil proqramı zamanı yekun qiymət ortalaması (CGPA), əla dil biliklər (məs., IELTS 7.0+), hər hansı bir könüllü fəaliyyət, digər akademik nailiyyətləri və bəzi hallarda idmanda qazandığı uğurlar, şəxsi motivasiya, tövsiyyə məktubları təqaüdün əldə olunması şanslarını həddindən artıq çoxaldır. Bu səbəbdən də, əgər gələcək üçün xarici ölkələrdə təqaüdlə təhsil almağı planlaşdırırsınızsa, mütləq yuxarıda qeyd olunan meyarları diqqət mərkəzinizdə saxlayın.

 

Vision Academy-nin təklifləri

Bizim təklif etdiyimiz diplom proqramları yerli əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılıb. Bu səbəbdən, tələbə proqramı müvəffəqiyyətlə başa vurursa, onun daha sonra işlə təmin olunmaq şansları daha çox olur. Eyni zamanda, Vision Academy-nin tərəfdaş olduğu kolleclərdə diplom proqramları üzrə 2 illik təhsil zamanı tələbələr yarımştat olmaqla işləyə bilərlər. Ay ərzində qazanılan maaş tələbənin yaşayış yerini və qida xərclərini tamamilə qarşılayır. Əlbəttə ki, işlə təmin olunmaqda kolleclərin karyera mərkəzləri tələbələrə çox böyük dəstək olurlar. Digər bir üstünlük budur ki, ailəli şəxslər öz partnyorları ilə birlikdə də Kanadaya gedə və tamştat olmaqla işləyə bilərlər. Proqramların illik təhsil haqlarının cəmi 16,000 Kanada dolları (12,000 ABŞ dolları) civarında olmasına baxmayaraq, daha daimi yaşayış icazəsi üçün müraciət etmək, miqrantlara qarşı “açıq qapı” siyasəti tətbiq edən və daima inkişafda olan bir ölkədə yaşamaq şanslarını da əldə etmiş olursunuz.

 

Samil Niftalıyev

Vision Academy Xaricdə Təhsil Ofisinin mütəxəssisidir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir