TEFL beynəlxalq sertifikatı – karyera, təhsil, xaric, yoxsa 3-ü 1-də?

İngilis dili müəllimlərinin öz-özlərinə verdikləri ən maraq doğuran suallardan biri TEFL kursunu götürüb-götürməməkdir. Bu sual sizi də maqraqlandırırsa, bloqumuzu oxuyun.

Əgər bir gün siz də özünüzə “Görəsən, TEFL kursuna qatılımmı?” sualı versəniz, demək, öz  karyeranızda növbəti ambisiyalı addımı atmağı planlayırsınız.  Beləliklə, TEFL sertifikatlı müəllim olmağın üstünlükləri nələrdir?

  1. Daha geniş iş imkanları

Daha geniş iş imkanı dedikdə siz həm ölkə daxili, həm də xaricində iş imkanları haqda düşünməlisiniz. Xüsusən, ölkə çox böyük olmayanda xaricdə iş tapmaq məsələsi bir az da aktuallaşır.  TEFL beynəlxalq sertifikatı sizə beynəlxalq müəllim statusu qazandırır. Yəni siz bu sertifikatla “tefl jobs” adı ilə axtarış edib xoşunuza gələn ölkə və qurumda iş üçün müraciət edə bilərsiniz. https://www.tefl.com kimi veb saytda axtarış etsəniz, bir anda bütün dünyada 239 iş seçimi əldə edirsiniz.

 

  1. Məvacib artımı

TEFL sertifikatı ilə siz artıq rəqabətli bir kadra çevrilirsiniz! Rəqabət – irəlidə olmaq deməkdir. İrəlidə olmaq isə sizin daha çox maaş tələb etməyinizin əsasıdır. Azərbaycanda TEFL və digər beynəlxalq sertifikat məzunları özəl məktəblər, universitet və öndə olan tədris mərkəzlərində çalışırlar.

Dünyada TEFL sertifikatlı müəllimlərə ən çox məvacib verən ölkələr isə bunlardır:

  • Hon Konq – Ayda $7,400-a qədər
  • Qazaxstan – Ayda $5,000-a qədər
  • Birləşmiş Ərəb Amirlikləri – Ayda $4,100-a qədər (vergi də alınmır)
  • Küveyt – Ayda $3,500-a qədər (vergi də alınmır)
  • Çin – Ayda $2,500 və daha yüksək

 

  1. Müəllim kimi özünüzə olan əminliyin artması

Ümumiyyətlə, müəllim əminliyi niyə önəmlidir? Özünə əmin müəllimlər özünə əmin tələbələr yetişdirir. Belə təlimçi yaxud müəllim eyni zamanda tələbələrinin nailiyyəti, davranış, effektivlik və hətta sosial-emosional vəziyyətinə belə təsir edir.  “Sertifikatlar, xüsusən beynəlxalq sertifikatlar özünüz barədə düşüncə və inanclarınızı təsdiq etmək üçün çox güclü alətlərdir” – Nikki Carnevale belə deyir. Nikki Carnevale əsası 1887-ci ildə qoyulmuş YMCA of Orange County beynəlxalq təşkilatının rəhbəridir. Özünə əminliyin digər ünsürlərini də oxumaq üçün bu linkə daxil ola bilərsiniz. https://www.entrepreneur.com/article/281874

  1. Təkmilləşmiş və müasir dərs metodları

TEFL-in ən böyük üstünlüklərindən biri odur ki, 4 illik dərəcəniz, yaxud təlimçi təcrübəniz olmasa belə, siz bu beynəlxalq sertifikatla yenə də xaricdə ingilis dili müəllimi işə düzəldə bilərsiniz.

TEFL – ən müasir dərs metodlarını əhatə edir. Bu metodlar ənənəvi metodlardan uzaqlaşaraq, 90-cı illərdə yaranmış və yeni nəslin sosioloji tələblərini nəzərə alan interaktiv, iştirakçılığı dəstəkləyən və yorucu olmayan metodları əhatə edir.

 

  1. Beynəlxalq tanınma

Beynəlxalq sertifikatların tanınması ən əhəmiyyətli məsələlərdən biridir. Məsləhətdir ki, TEFL kursları üçün müraciət etdiyiniz zaman mərkəzin akkreditasiya statusu ilə maraqlanasınız. Akkreditasiya əminlik, etibar və stardartlara uyğunluq deməkrdir.

  1. Sertifikatın müddətsiz olması

TEFL sertifikatı müddətsizdir və bu anlamda universitet diploma bənzəyir. İllərdən sonra sertifikatınızı yeniləməyə, yaxud yenidən sınaqdan keçməyinizə ehtiyac qalmır.

Bütün dünyada ən sürətlə inkişaf edən təhsil sahələrindən biri də ingilis dilinin tədrisidir. Çünki ingilis dilinin biznes dili kimi çox geniş yayılıb və istifadə edilməkdədir. Buna görə beynəlxalq akkreditasiyalı mərkəzdən alınan TEFL sertifikatı ingilis dilini tədris edən müəllimlərin peşəkar inkişafı və karyera irəliləyişi üçün əsl lazım olan proqramdır.

Ülkər Mehdiyeva – Vision Academy-də İngilis dili şöbəsinin rəhbəridir

Fidan Bağırova – Vision Academy-də biznesin inkişafı üzrə menecerdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir