“Mixed ability groups” nədir? Bu cür qruplara İngilis dili necə tədris edilməlidir?


“Mixed ability” qrup deyərkən yalnız A1, A2, B1, B2 ya da ki C1, C2 səviyyələri nəzərdə tutulmur.

“Mixed ability” termini həm də şagirdlərin dil öyrənmə qabiliyyəti, dil öyrənmə üslubu, dilə olan münasibəti, mədəni mənsubiyyəti, ana dilinin və bildiyi digər dillərin dili öyrənməyə təsiri  və sair kimi amilləri əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, əslində “Mixed ability” olmayan qrup və ya sinif yoxdur. Çünki sinifdəki şagirdlərimizin hər birinin özünə məxsus öyrənmə üslubu və qabiliyyəti olmaqla yanaşı həm də öyrənmə sürəti və tərzi var. Beləliklə, şagirdləri yalnız səviyyə testindən keçirib və dərslərinizi onun nəticələrinə əsasən qurmaq yanlış fikirdir.

“Mixed Ability” sininflərdə (demək olar ki bütün sininflər adətən belə olur) dərslərimizi planlaşdırarkən yuxarıda qeyd edilən ünsürlarla yanaşı həm də şagirdlərimizin dil öyrənmə səbəblərini, dil öyrənmə prosesində üzə çıxan xüsusi ehtiyaclarını və bu prosesə olan münasibətini həmçinin sinifdən kənar fərdi maraqlarını nəzərə almalıyıq. Bütün bunlar həm öyrənmə həm də öyrətmə prosesinin daha səmərəli baş tutmasına zəmin yaradacaqdır. Belə ki, bunları nəzərə alan müəllim hər tələbəyə fərdi yanaşaraq onların səviyyəsindən və ehtiyaclarından çıxış edərək dərs materialını hazırlayacaq ki, burada da bizim köməyimizə “differentiated tasks” adlandırdığımız metod çatacaq.

“Mixed Ability” siniflərdə üzləşdiyimiz, hətta mən deyərdim ki ən mühüm, problemlərdən biri də şagirdlərin qiymətləndirilmə məsələsidir. Sinifdə dil bilik səviyyəsinə və öyrənmə sürətinə, qabiliyyətinə, tərzinə görə fərqlənən şagirdlər oxuyursa biz onları vahid bir ölçü meyarıyla (test) necə ölçə bilərik? Demək ki, şagirdləri qiymətləndirmə prosesində də biz qiymətləndirmənin alternativ yollarını araşdırmalıyıq.

Bu vasitələrdən biri “Davamlı qiymətləndirmə” (Continuous Assessment) adlanır. Bu qiymətləndirmə vasitəsi “test qutusu” adlanan ünsürə əsaslanır. Müəllim, adətən bir testdə əhatə edilən, məsələn cümlələrin tamamlanması, yazı bacarığı və sair kimi  tapşırıqları bir testdə birləşdirmədən, birbirindən ayıraraq kiçik tapşırıqlar formasında tərtib edir və test qutusuna yerləşdirir. Şagirdlər bu test qutusundan hər dəfə bir tapşırıq götürüb işləyir və qiymətləndirilmə prosesindən tədricən və daha məharətlə keçirlər. Hər testdən sonra cavablar yoxlanılır (burda tələbələrin bir birini yoxlaması da tətbiq edilə bilər) və cavablarda səhv olduqda tələbəyə vaxt verilir ki kitablarına və yaxud qeydlərinə baxıb səhvlərini düzəltsin və bir müddət sonra həmin testi yenidən etsin. Beləliklə şagirdlərə öz öyrənmə prosesləri və irəliləyişləri haqda düşünmə və yenidən öyrənmə fürsəti vermiş oluruq həm də ənənəvi summativ qiymətləndirmə stresindən onları qurtararq motivasiyalarını da qoruyub saxlamış oluruq.

Siz də “Mixed Ability qruplara tədris” təlimimizdə iştirak etmək istəyirsinizsə buraya daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Təlimin ödənişi sadəcə 20 azn-dir.

Müəllif: Ülkər Mehdiyeva ( TEFL / TESOL trainer & Head of English Branch – Vision Academy )


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir