İlk Beynəlxalq TEFL akkreditasiyalı mərkəzdən ilk Praktik EFL təlim

21 dekabr, 2019-cu il tarixində Vision Academy “First Local EFL Training” təşkil etmişdir. İngilis dili müəllimləri və karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün nəzərdə tutulan təlim oxuma, yazı, dinləmə və danışıq qabiliyyətlərinin (teaching reading, writing, speaking and listening) öyrədilməsini üçün praktiki modulları əhatə etmişdir. Beynəlxalq kvalifikasiyalı təlimçilər Ülkər Mehdiyeva və Elen Rochlin, qonaq spikerlər Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Universitetinin ingilis dili kaferda müdürləri Afət Abbasova və Samirə Məmmədova qeyd olunan reseptiv və produktiv qabiliyyətlərin tədrisi ilə bağlı məlumat vermiş, interaktiv qaydada təlim iştirakçıların öyrənməsini təmin etmişlər. Təlimin sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif edilmişlər. Vision Academy 2018-ci ildən bəri TEFL və TESOL üzrə beynəlxalq akkreditasiyadan keçmişdir. Öz işində keyfiyyət, müştəri məmnuniyyəti və etibar kimi prinsipləri əsas tutan Vision Academy beynəlxalq akkreditasiyalar əldə etməklə şirkət güvənini təsdiq etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir