AZ EN
Feedback

İsmayıllıda Türkiyədə təhsil seminarı

 Vision Academy regionlarda xaricdə təhsil almaq istəyən gənclər üçün silsilə seminarlara davam edir.
Növbəti səfər İsmayıllı rayonuna təşkil edilmişdir. 6 aprel tarixində Vision Academy-nin Xaricdə Təhsil bölməsinin əməkdaşları İsmayıllı şəhərində yerləşən məktəbdə “Türkiyədə Təhsil” seminarı keçirilib.
 Ümumilikdə 70-dən çox abituriyentin iştirak etdiyi tədbir psixoloji dəstəyin göstərilməsi ilə başlayıb. Eyni zamanda  Vision Academy-nin əməkdaşları təhsildə uğur mövzusunda çıxış ediblər. Tədbirin əsas hissəsində Türkiyədə sadəcə attestat və imtahanla təhsil, dövlət və özəl universitetlərdə təhsil haqları, təhsil və yaşam xərcləri, universitet və ixtisas seçimi barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

 Seminarların keçirilməsində məqsəd bölgələrdə təhsil alan gənclərin düzgün ixtisas və universitet seçiminə kömək etmək, sənədləşmə işlərinin aparılmasına dair lazımi məsləhət və tövsiyələr verməkdir.