AZ EN
Feedback

Vision Academy beynəlxalq əməkdaşlığı genişləndirir



7 mart 2019-cu il tarixində Latviyanın Riqa şəhərində yerləşən University of Economics and Culture -ın Xarici Tələbələrlə İş şöbəsinin rəhbəri Olga Marnica ilə Vision Academy Xaricdə Təhsil Ofisinin rəhbəri Rövşən Bağırov arasında işgüzar görüş keçirilib. Görüş hər iki tərəf arasında qurulan rəsmi əməkdaşlıq çərçivəsində baş tutub.Səmimi şəraitdə keçən görüşdə Rövşən Bağırov Vision Academynin xidmətləri, xarici universitet və təşkilatlarla qurulan səmərəli əlaqələrin qurulması haqqında qonağı məlumatlandırıb.Görüş zamanı Azərbaycan tələbələrinin Lativyada yerləşən universitetlərdə sərfəli şərtlər və münasib ödənişlərlə təhsil almaları, ixtisaslar və digər məsələlər barədə geniş müzakirə aparılıb.Görüşdə qeyd olunub ki, Latviyada yerləşən universitetlər, xüsusilə University of Economics and Culture`da təhsil haqqı Avropa üzrə ən sərfəli və aşağı qiymətlərlə təklif olunur. Həmçinin azərbaycanlı tələbələr üçün infoturlar, şəhərin tarixi və mədəni yerləri ilə tanışlıq məqsədi ilə müxtəlif gəzintilər təşkil olunur.İl ərzində istənilən vaxt təhsil almaq üçün bu ölkədə yerləşən universitetlərə müraciət etmək mümkündür.