AZ EN
Feedback

“Nə üçün Amerikada təhsili seçməliyəm”

Vision Academy 1 Dekabr 2018-cil il tarixində " Nə üçün Amerikada təhsili seçməliyəm?" adlı informasiya sesiyası keçirilmişdir.
Seminarda Amerikada təhsilin yararları, Amerikada təhsil üçün lazım olan sənədlər və meyarlar, universitetlərlə kolleclər arasındakı fərq, kampuslar haqqında geniş məlumat verilmişdir.
Seminarın məqsədi Amerikada təhsil almaq istəyən tələbələri bu haqda geniş məlumatlandırmaq olmuşdur. Seminarda Vision Academy-nin Xaricdə təhsil şöbəsinə Amerikada təhsillə bağlı müraciət edənlər və qırağdan Amerikada təhsillə maraqlanan bir çox tələbə qatılmışdır.

Vision Academy gələcəkdə də bu cür informasiya sesiyaları düzənləməyi planlaşdırır.