AZ EN

TOEFL

TOEFL nədir? TOEFL – sizə ingilis dili səviyyənizi ölçməyə imkan verən test sistemidir. TOEFL oxumaq, dinləmək, yazı və danışmaq komponentlərini daxil edir.  Təkliflərimiz:· Aylıq 12 saatlıq peşəkar dərslər· Xaricdə təhsil almış yerli və xarici müəllimlər· Pulsuz danışıq dərsləri· Xarici müəllimlərlə mütəmadi təmas· Strukturlaşdırılmış dərslər (danışıq, yazı)· Fərdi və Qrup şəklində dərslər

IELTS

IELTS (International English Language Testing System) dünyada ən məşhur ingilis dili dəyərləndirilməsi testidir. Hər il dündaya 3 milyondan çox IELTS testləri aparılır. IELTS  migrasiya məqsədləri üçün imtahan tələb edilən bütün ölkələrdə qəbul edilən yeganə ingilis dili testidir.  Təkliflərimiz:· Aylıq 12 saatlıq peşəkar dərslər· Xaricdə təhsil almış yerli və xarici müəllimlər· Pulsuz danışıq dərsləri· Xarici müəllimlərlə mütəmadi təmas· Strukturlaşdırılmış dərslər (danışıq, yazı)· Fərdi və Qrup şəklində dərslər

TEFL

“TEFL” (Teaching English as a Foreign Language) ingilis dilinin ikinci dil kimi öyrənilməsi kursu, yaxud sadəcə olaraq, qeyri-ingilis dillilər üçün İngilis dili instruksiyasıdır. TEFL-in digər tanınmış adı TESOL, yəni İngilis dilinin digər dil daşıyıcılarına öyrədilməsidir. TEFL/TESOL dünyanın ən tez böyüyən təhsil sahələrindən biridir. 2018-ci ildə Vision Academy Azərbaycanda TEFL akkreditasiyasını keçmiş ilk özəl tədris müəssisəsi olmuşdur. TEFL dərsləri intensiv və uzadılmış olaraq ya 1 ya da 3 aya keçirilir.

Ümumi ingilis dili

Vision Academy-də ingilis dili dərsləri peşəkar müəllimlər tərəfinfən həftədə 3 dəfə olmaqla keçirilir. Aydan 12 saat grammatika, oxuma, yazma bacarıqlarınızın təkmilləşdirilməsi ilə yanaşı, sizə ayda 20 saat danışıq dərsləri təklif olunur. Bu dərslər həm xarici, həm yerli müəllimlər tərəfindən səviyyələr üzrə bölgüyə əsasən keçirilir. İngiils dilinin tədrisi üçün dünyada qəbul olunmuş dərsliklərdən, o cümlədən əlavə materiallardan, dinləmə və qavrama videolarından da istifadə edilir. Dərslər fərdi, yaxud qrup şəklində keçirilir

İngilis dilini niyə öyrənməlisiniz? 10 səbəb

1. İngilis dli dünyada ən çox danışılan dillərdən biridir. İngilis dili Çində mandarin və ispan dilləri ilə ilk sıraları bölüşdürür. Dünyada 350 milyondan çox insan gündəlik olaraq ingiliscə danışır və təqribi hesablamalara görə hər 5 nəfərdən biri ən azı ingiliscə nə isə başa düşür. 2. İngilis dili elm, aviasiya, informasiya texnologiyaları, diplomasiya və turizm dilidir. Kosmonavtların 2 rəsmi dilindən biri rus, digəri ingilis dilidir. İngilis dilini bilmək sizin iş tapmaq imkanlarınızı xeyli artırır. 3. İngilis dili 50-dən çox ölkədə rəsmi dildir. Demək, ingilis dilində danışa bilməniz müxtəlif ölkələrə səyahət edib. Müxtəlif insanlarla tanış olmanıza şərait yaradır. 4. İngilis dilini bilmək sizə bir çox kitablar, ədəbiyyat oxumağa, araşdırmalar aparmağa yardım edə bilər. 5. İngilis dili medianın dilidir. Bu dili bizsəz, siz tərcümə edilmiş mətnlərə güvənməyinizə, sevimli filmlərinizə titrlərlə baxmağınıza ehtiyac qalmayacaq. 6. İngilis dili həmçinin internet dilidir. Bir çox, hətta əksər saytlar ingilis dilindədir və siz ingilis dilində müzakirə, debat və bloqlarda rahat iştirak edə bilərsiniz.7. İngilis dili sadə əlifba üzərində qurulub və düzgün proqram, müəllim və kurslar olarsa, rahat şəkildə öyrənilə bilir.8. İngilis dili sizə əminlik verən bir üstünlükdür. İngilis dili öyrənməyiniz sizdə məmnunluq hissi yaratmaqla yanaşı, dostlar, həmkarlar və daha geniş ortamda özünə əminlik, özünü ifadə və təqdimat bacarıqlarınızı artıracaq. 9. Dünyada bir çox məktəb, kollec və universitetlər ingilis dilində təhsil verdiyindən ingilis dili bilməyiniz sizin müxtəlif təhsil və təqaüd proqramlarına müraciət etməyiniz, təhsil və dünya görüşünüzü genişləndirməyiniz üçün bir şansdır. 10. İngilis dili bilməyiniz başqa mədəniyyətləri öyrənməyiniz üçün önəmlidir. Bu sizə bir şəxs kimi inkişaf etməyinizə yardım edəcək.