AZ EN
Feedback

Ramil 2017-2018- ci illərdə Yaponiyanın Tsukuba universitetində təhsil almışdır.

Ramil 2017-2018- ci illərdə Yaponiyanın Tsukuba universitetində təhsil almışdır.  Yaponiyaya səfər etmək onun uşaqlıq arzusu olmuşdur.  O, yalnızca təhsil alıb, Yaponiya mədəniyyəti ilə tanış olmaqla qalmamış , yaşam xərclərini qarşılamaqdan əlavə bir neçə min dollar pul qazanmağa nail olmuşdur.  

Vision Academy dünyanın ən cəzbedici və həyacanverici ölkələrdən biri olan Yaponiyada təhsil və yaşamaqla bağlı Ramillə müsahibə təşkil etmişdir. 

V.A. Ramil, Azərbaycandan belə uzaq olan Yaponiyanı nə üçün seçdiniz?

RA. Mən Yaponiyanın mədəniyyətinin və möhtəşəm dilinin heyranı idim. Yapon torpaqlarına ayaq basmaq mənim uşaqlıq arzum idi.  27 yaşım olanda Yaponiyaya getmək mənə qismət oldu.  

V.A. Xarici tələbələr üçün orada iş imkanları necədir?  Nə dərəcədə qanunidir? 

RA. Yaponiya ədalət cənnətidir və orada hər hansı bir fırıldaqçılıq hallarına yer yoxdur. Hava limanına çatan kimi miqrasiya ofisindən is icazəsi almağa icazə verilir. 

VA. İş icazəsi almaq bu qədər asandır? 

RA. Passport kontrolunda Yaponiyaya gələnlər üçün 2 cərgə nəzərdə tutulub. Bunlardan biri təkrar gələnlər , digəri isə Yaponiyaya ilk dəfə ziyarət edənlər üçündür. Yeni ziyarətçi kimi 2-ci cərgəni izləyirsiniz və iş icazəsi üçün müraciət edə bilərsiniz. Təxminən yarım saat vaxt aparır və məmur sizi həftədə 28 saat işləməyə icazə verən iş icazəsi və yaşayış icazəsi sənədi ilə təmin edir.  

VA. Aylıq yaşam xərcləri necədir və onları qazandığınız pul ilə ödəyə bilirdinizmi? 

RA. Aylıq xərclər harada yaşadığınızdan asılı olaraq dəyişə bilər.  Əgər universitetin yataqxanasında qalırsınızsa çox şanslısınız , çünki ailədən heç bir maddi dəstək almadan puluna qənaət edə bilərsınız. Gəlin təsəvvür edək ki , siz universitet yataqxanasında qalırsınız. Tsukubada yataqxana üçün ən ucuz kirayə haqqı 23,000 yendir (təxminən 210 ABŞ dolları). Əgər özünüz yemək hazırlaya bilirsinizsə ikiqat şanslısınız, çünkü çöldə yeməyə ayrılan xərclərdən azad olursunuz. Aylıq yemək xərcləri 200 ABŞ dollarıdır.  Amma bunu vurğulamaq faydalı olar ki , sizin yemək xərcləriniz bu miqdarı aşa bilər.  Bilirsiniz, niyə? Çünki Yapon küçə yeməkləri həddən artıq dadlıdır və özünü onları yeməkdən saxlamaq çox çətindir. 

VA. Bəs. təhsillə bağlı xərclər barədə nə deyə bilərsiniz, məsələn kitablar? 

RA. ABŞ-dan fərqli olaraq Yaponiyada dərsliklər ucuzdur, əlavə olaraq, universitet kitabxanasının zəngin kitab xəzinəsi var. Amma yadda saxlamaq lazımdır ki aylıq kitab xətləri 100 dollar təşkil edə bilər. Beləliklə, universitet ərazisini tərk etmədən ayı 500 dollardan bir az çox pul ilə başa vurmaq olar.

VA. Başqa nə kimi əlavə xərclər var ki, tələbələr mütləq bilməlidir? 

RA: Bəzi birdəfəlik əlavə xərclər var. Məsələn, MSS( Milli Sağlamlıq Sığortası) 20,000 YEN, yataqxana üçün depozit 30,000 YEN (bu məbləğin ödənişi məcburidir və təhsilinizi bitirib yataqxananı tərk etdiyiniz müddət ərzində geri qaytarılır). Siz, həmçinin, 300 YEN(minimum) ödəyərək velosiped də ala bilərsiniz.Hətta 100 YEN dəyərində də velosipedlər tapmaq mümkündür.


VA: İndi isə Yaponiyadakı məşğulluqdan danışaq. Yaxşı iş imkanları var mı?


RA: Əslində, bəli. Gəliriniz sizin iş saatlarınızdan və hər saat üçün nə qədər qazanmağınızdan asılıdır. Burada maaşlar saat hesabı ilə hesablanır və şəhərlər üzrə dəyişir. Eyni işin hər saat üçün ödənişi İbaraki prefekturasında 8 dollar, Tokyoda isə 10-11 dollar ola bilər. Amma, bilin ki, həftəlik 28 saatlıq iş icazəsi o demək deyil ki, bundan artıq işləyə bilməzsiniz. Əgər yetəri qədər istəkli və həvəslisinizsə, bu limiti qaldıra bilərsiniz. Necə? İzah edim. Yaponiyada bəzi işçilər “My Number” tələb edirlər. Sual yarana  bilər ki , “My number” nədir? Yaponiyaya çatdıqdan sonra öz şəhərinizin bələdiyyə idarəsində qeydiyyatdan keçməlisiniz. Bu qeydiyyatdan sonra siz “My number” sisteminə avtomatik qoşulursunuz. Bu sistem vasitəsilə işçilər vergilərini ödəyirlər. Beləliklə, yerli orqanlar aylıq əmək fəaliyyətinizə nəzarət edə bilir. Bu çox ciddi məsələdir və siz həftəlik icazə verilən iş limitinizi keçə bilməzsiniz. Lakin siz, “My number” qeydiyyatını tələb etməyən işlər də tapa bilərsiniz. Belə işlərdə siz həftəlik 50, bəzən hətta 60 saat da çalışa bilərsiniz.


VA: Xaricdə təhsil almaq istəyən gənclərə Yaponiyanı tövsiyə edərdiniz? Və niyə?


RA: Nəinki gənclərə, yaşından asılı olmayaraq xaricdə təhsil almaq istəyən bütün şəxslərə əminliklə Yaponiyanı tövsiyə edərdim.  Bunun üçün möhtəşəm təqaüd imkanları mövcuddur. Müəllimləriniz də təqaüdlərə müraciətlərdə sizə kömək edə bilər.


Yaponiya iqtisadiyyatı ilbəil böyüsə belə, ölkədə işləyənlərin sayı azalmaqdadır. Tokyodakı araşdırma mərkəzlərindən birinə istinadən, 2030-cu ilədək Yapon iqtisadiyyatı 6 milyon işçi qıtlığından əziyyət çəkəcək. Buna görə də, sizi əmin edirəm ki, yapon dilini yaxşı bilirsinizsə, məzun olduqdan sonra yaxşı məvacibli iş tapmaq çətin olmayacaq.

Vision Academy hazırda Yaponiya ilə bağlı strategiyasını inkişaf etdirməkdə və Gündoğan Ölkə torpaqlarında əlverişli təhsil imkanlarının açılmasına davam etməkdədir. Biz sizə qayğı göstərir və gözləntilərinizə qısa zamanda cavab verməyə çalışırıq. Tərəfdaş universitetlərdə təhsil almaq və təqaüd imkanlarından yararlanmaq üçün qapılarımız hər zaman üzünüzə açıqdır.


Çində təhsil; yeni qlobal imkan

Çin beynəlxalq tələbələr üçün dünyanın ən məşhur xaricdə təhsil məkanlarından birinə çevrilməkdədir. Bunun səbəbi təkcə Çinin uzun illik tarixi və mədəni irsi deyil, eyni zamanda son illərdə tədqiqat, ali təhsil və innovasiya sahəsindəki böyük sıçrayışlarıdır. Hər il 180 ölkədən  320000-dən çox tələbə Çinə oxumağa gəlir. Amma hər bir halda niyə siz oxumaq üçün məhz Çini seçməlisiniz? Sizə bir neçə səbəb təqdim edirik: 


Səyahət və yeni kəşflər
Çinin böyük ölçüləri müxtəlif iqlim və mədəniyyətlər deməkdir. Şimal-şərqdəki Harbin sizə buz festivalından həzz almaq imkanı verərkən, 25C sizə soyuq gəlirsə, gün istisi almaq üçün cənubdakı Hainan adasına gedə bilərsiniz.


 Təhsil haqları münasibdir
Çində yaşamaq və oxumaq Avropa, Asiyanın bir çox ölkələrində, o cümlədən ABŞ və İngiltərədən xeyli ucuzdur. Bir təhsil dönəmi üçün ödənilən məbləq adətən 1000 dolları keçmir. Eyni zamanda, qısa dönəmli dil kurslarının dəyəri cəmi bir neçə yüz dollar təşkil edir. Çində yemək və digər istehlak xərcləri də xeyli aşağıdır. 10-20 dollara şalvar ala, 15 sentə isə avtobus gedişi əldə edə bilərsiniz.


 İşləmək imkanı
Çinin ÜDM-u hər il artır və hazırda dünyada ABŞ-dan sonra ikinci iqtisadiyyat Çinə məxsusdur. Dünyanın 500 ən güclü şirkəti Çində iş aparır. Çincə danışıb, bu ölkədə yaşama vərdişləriniz varsa, sizin iş tapmaq üçün böyük şansınız var. 


Dünyanın ən çox danışılan dilini öyrənin!
Çindəki “mandarin” dünyanda ən çox danışılan dilidir. Bu dili bilmək sizə çox geniş imkanlar açır. Siz tərcümə işindən tutmuş, beynəlxalq şirkətlərə qədər geniş spektr qurumlarda çalışa bilərsiniz. Çinə gəlməzdən əvvəl bu dili öyrənməyinizə ehtiyac yoxdur, bu ölkədə yaşayaraq, yaxud təhsil alaraq mandarin dilini öyrənə bilərsiniz. 


Çində təhsilin beynəlxalq səviyyədə tanınması 
Hətta mandarin dilində danışmasanız belə, bu ölkədəki bir çox universitetlər ingilis dilində təhsil təqdim edir. Çin universitetlərində tədris olunan akademik proqramlar dünyanın bir çox inkişaf etmiş ölkələri tərəfindən tanınır. Çin höküməti bir çox ölkələr, o cümlədən ABŞ, İngiltərə, Fransa, Yaponiya və digər 65 ölkə ilə akademik ixtisasların tanınması ilə bağlı ikitərəfli müqavilələr imzalayıb. Vision Academy-nin Çin proqramı bir çox tanınmış universitetlərlə əməkdaşlıq çərçivəsindədir. Biz sizin qayğınıza qalırıq və şəbəkələnmə və yerləşmə ilə bağlı da yardımlarımızı təklif edirik. Bizim tərəfdaş universitetlərdə siz hətta pulsuz təhsil ala bilərsiniz. Bu həyəcanlı və ümidlər verən ölkəyə çatan kimi özünüzü rahat və evdəki kimi hiss etməyiniz üçün sizə orientasiya təlimi keçilməsi də bizim öhdəliyimizdir. 

Bilirsinizmi Azərbaycanda hər il minlərlə tələbə xaricdə təhsil almaq barədə planlar qurur amma onlardan çox kiçik bir faizi bu planlarını gerçəkləşdirə bilir.

Bilirsinizmi Azərbaycanda hər il minlərlə tələbə xaricdə təhsil almaq barədə planlar qurur amma onlardan çox kiçik bir faizi bu planlarını gerçəkləşdirə bilir. Bəs tələbələrin xaricə getməklərinə nə mane olur? Əlbəttə hamıda müxtəlif səbəblər olur. Məsələn bəzilərinin ailələri, bəzilərinin maliyyə problemi, bəzilərinin universitetin dil, GPA və başqa digər tələbləri ödəyə bilməməkləri, bəzilərində isə bu göstərdiklərimizin bir neçəsi və s. Biz bugün ailələrinin narazıçılığına görə xaricə getmək planlarını gerçəkləşdirə bilməyən tələbələrdən danışacayıq. Öncəliklə onu qeyd etmək istəyirəm ki, ailələriniz həmişə sizün üçün ən yaxşısının olmasını istəyirlər. Bəzən bu düşüncələrini doğru olmayan bir şəkildə sizə göstərə bilərlər, sizə hər hansı qadağalar qoyaraq və s. Və bu sizə güvənmədkləri sizə inanmadıqları mənasına gəlmir. Sadəcə olaraq ətraf mühit qorxular, baş verən hadisələr insanlarda bu qorxuları yaradır. Amma bu qorxuları yox etmək sizin əlinizdədir. Siz ailənizi gedib tək başınıza başqa bir ölkədə təhsil ala biləcəyinizə inandırsanız, ailəniz sizə bunun üçün dahada dəstək olacaqdır. Bəs sizə xaricə getməkdə mane olan nədir?

Mina Elşən