AZ EN

Beynəlxalq TEFL sertifikatını Bakıda al!

Beynəlxalq TEFL sertifikatını Bakıda al!
Beynəlxalq TEFL akkreditasiyalı mərkəz olaraq Vision Academy TEFL kurslarına ərizələrin qəbulunu elan edir. Bu imkan;
a) Daha peşəkar müəllim olmaq;
b) Beynəlxalq səviyyəli sertifikata sahib olmaq;
c) Öz ingilis dili və tədris biliklərini təkmilləşdirmək; 
d) Dərslərini müxtəlif şəraitdə ən yaxşı formada idarə etməyi öyrənmək;
e) Təhsil sahəsində daha rəqabətli olmaq;
f) Və digər ölkələrdə iş tapmaq istəyən müəllimlər və peşəkarlar üçündür. 
Vision Academy TEFL proqramına aşağıdakılar daxildir;
a) 150 saatlıq sinifdə dərs
b) Xarici müəllim
c) Beynəlxalq səviyyəli sertifikat 
d) Tədris materialları
e) Maksimum 8 nəfərlik siniflər
f) Sinifdə real praktika kursu
g) Rahat dərs şəraiti
h) Peşəkar və gülərüz heyət
i) Vision Academy ilə gələcəkdə əməkdaşlıq imkanı

Proqrama qatılmaq üçün ingilis dilindən minimum intermediate səviyyəsi tələb olunar. Bu səviyyədən daha aşağı olanlar üçün Vision Academy 2 həftəlik intensiv kurs təşkil edəcək. 
Kursun strukturu:
• 50-saatlıq TEFL kursu
Siz sinif menecmenti, öyrətmə stilləri və təkmil TEFL metodologiyası ilə tanış olacaqsınız. Bura eyni zamanda biznes ingilis dili üzrə mini-modullar, gənc öyrənənlər və birə-bir ingilis dili tədrisi daxildir. 
• 40-saatlıq qrammatika kursu
Qaydasız fellərlə köməkçi felləri ayırd edə bilmirsiz? Bu kurs sizin baza qrammatika biliklərinizi təkmilləşdirəcək və dilin mürəkkəb qaydalarını tələbə auditoriyasına başa salmaq üçün zəruri olan bacarıqları əldə etməyə yardım edəcək.
• 30-saatlıq video kurs
İngilis dili müəllimini hərəkətdə görmək çox effektiv alətdir və əslində nəzəriyyənin həyata keçdiyi andır. Video dərslərdəki ideya və metodikadan əminliklə öz dərslərinizdə istifadə edə bilərsiniz. 
• İki 10-saatlıq mütəxəssis mini-modulları
Bu iki mini-modul TEFL-la bağlı işlər üçün tərtib edilib və sizin CV-nizi digərlərindən çox önə çəkəcək. 
• 10-saatlıq sinifdə real praktika kursu
Siz bütün öyrəndiklərinizi praktikada sınaqda keçirib, müəlliminiz tərəfindən qiymətləndiriləcəksiniz. 
Birinci qeydiyyat: fevral – iyul, 2019-cu il (Ərizələrin son qəbul tarixi: 25 yanvar, 2019-cu il)
Ikinci qeydiyyat: iyun – noyabr ,2019-cu il (Ərizələrin son qəbul tarixi: 25 may, 2019-cu il)