AZ EN

Beynəlxalq TEFL&TESOL konfransı

Vision Academy-nin həm-təşkilatçısı olduğu “International TEFL&TESOL workshop” tədbirində təhsil institutları, universitetlər, beynəlxalq və yerli təşkilatlar və dövlət qurumlarını təmsil edən 150-dən çox iştirakçı olmuşdur. Bu, TEFL, TESOL, leksik lab mövzularının geniş müzakirə olunduğu və bilik və bacarıqların artırılmasına yönəlmiş ilk tədbir idi.
Tədbirin ikinci günündə konfrans iştirakçıları Vision Academy-nin TEFL proqramı haqdə məlumat əldə etmişlər. Azərbaycanda yeganə akkreditə olunmuş mərkəz olaraq Vision Academy dil daşıyıcıları ilə 150 saatlıq ekstensiv kurs təklif edir. “Vision Academy beynəlxalq akreditasiyadan keçmək üçün 60-dan çox prosedur təqdim etmişdir; bu, bizim tərəfimizdən etibarlılıq və peşəkarlıq yanaşmasının sübutudur” – Vision Academy-nin direktoru Könül Bağırova öz çıxışında qeyd etmişdir. 
Vision Academy öz TEFL proqramının tədrisinə 2019-cu ilin fevral ayında başlayır.