AZ EN

Rəsmi ACCA partnyoru “VISION Academy”  tərəfindən “Maliyyəçi ilə Səhər yeməyi” təşkil olunub.Maliyyə, mühasibatlıq, biznes, satış və marketinq sahələrində ənənəvi olaraq Səhər yeməyi, ödənişsiz seminar, master klas və başqa öyrədici, maarrifləndirici sessiyalar təşkil edən Vision Academy bu dəfə “Maliyyəçi ilə səhər yeməyi” adlı tədbir keçirib. Tədbirdə müxtəlif şirkətlərdə çalışan  30-dan çox maliyyəçi və mühasib iştirak edib.Tədbirin keçirilməsində məqsəd maliyyə və mühasibatlıq sahəsində tədris edilən beynəlxalq kvalifikasiyalar haqqında ayrı-ayrı şəxsləri məlumatlandırmaq, bu sahədə çalışan, karyerasını bu istiqamətdə qurmaq istəyənlər üçün maliyyə sahəsinin peşəkar biliciləri ilə birlikdə bu sahənin aktual məsələlərini müzakirə etmək imkanı yaratmaqdır. Tədbiri Vision Academy-nin direktoru Könül Bağırova giriş sözü ilə açaraq qonaqları salamlayıb və tədbir haqqında qısa məlumat verib. Vision Academy`nin 10 illik uğurlu fəaliyyəti haqqında qonaqları məlumatlandıran direktor, maliyyə və mühasibatlıq istiqamətində təşkil olunacaq təlimlər barədə danışıb. O qeyd edib ki, ACCA`in rəsmi partnyoru olan Vision Academy bu sahədə həyata keçiriləcək təlimlərin keyfiyyətinə zəmanət verir.Tədbirin davamında peşəkar təlimçilər aktual mövzularla çıxışlarına davam ediblər. İlk öncə CFA üzrə təlimçi Tural Qəhrəmanzadə "CFA haqqında məlumat" mövzusunda çıxış edərək bu mötəbər imtahan və imtahana hazırlıq barədə geniş söhbət açıb. Daha sonra CFA üzrə hər üç Level`i uğurla keçmiş, peşəkar təlimçi Elnur Bədəlov "CFA-in ümumi karyerada rolu" haqqında danışıb. İştirakçılarla faydalı məlumat bölüşən təlimçi, bu istiqamətdə karyera qurmaq istəyənlərə dəyərli məsləhətlər verib. Maraqlı və yaddaqalan çıxışlardan biri də CFA üzrə təlimçi Nurlan Cəbrayılov tərəfindən olub. Belə ki, O "50 min dollarım olsaydı hara investisiya edərdim?"  mövzusunda çıxış edərək maliyyə vəsaitinin düzgün investisiyası haqqında danışıb. ACCA üzrə təlimçi Toğrul İslam "ACCA - Azərbaycanda" mövzus ilə çıxış edib. ACCA üzrə digər təlimçi Fəqan Məmmədzadə "ACCA ilə uğurlu karyeram" mövzularında öz təcrübələrini bölüşüb.Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təlimçilərlə birlikdə ətraflı fikir mübadiləsi aparılıb.Məlumat üçün qeyd edək ki, ACCA Silver Learning Partner (Gümüş statuslu Təhsil Partnyoru) statusuna malik VISION Academy təlim və tədris sektorunda 10 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir. Fəaliyyət dövrü ərzində on minlərlə gəncin təhsil və karyera həyatında uğur qazanmasına qapı açmışdır. Beynəlxalq maliyyə və mühasibatlıq kvalifikasiyalarının ölkəmizdə etibarlı təmsilçisi Vision Academy beynəlxalq sertifikatlı peşəkar təcrübəyə malik təlimçilərlə ACCA, CFA, CIMA, DipIFR, CIA imtahanlarına hazırlıq kursları təşkil edir. “UĞURLU GƏLƏCƏYİN ÜNVANI” şüarı ilə təlim sektorunda inamla fəaliyyət göstərən VISION Academy biznes mühitinin sağlam inkişafı, peşəkar idarəçilərin yetişməsi və mütəxəssislərin daha effektiv işləməsi məqsədilə maliyyə və mühasibatlıq təlimləri ilə yanaşı biznes, liderlik və işgüzar inkişaf təlimlərinin təşkilində öncül rol oynayır. Mərkəz İnsan Resurslarının İdarəolunması, Effektiv Rəhbərlik, Layihələrin idarəolunması, Satış, Marketinq, Digital Marketing, PR, SƏTƏM və başqa təlim və kurslar təklif edir. VISION Academy nəzəri bilikləri praktiki vərdişlərə çevirmiş və uzunmüddətli təcrübəyə malik təlimçilərlə əməkdaşlıq edərək yuxarıda adı çəkilən sahələrdə çalışan, gələcəyini bu sahələrdən birini seçməklə karyera qurmaq arzusunda olanlara xidmət göstərməyi qarşısına məqsəd qoyur.Təlimlərlə bağlı daha geniş məlumat əldə etmək istəyənlər aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərlər: