AZ EN

Vision Academy tərəfindən təşkil olunan ESL Teacher Workshop tədbiri baş tutdu

20 aprel tarixində Azərbaycanda beynəlxalq TEFL və TESOL akreditasiyalı yeganə mərkəz olan Vision Academy nin təşkilatçılığı ilə “İngilis dilinin müasir tədrisi”adlı interaktiv tədbir keçirilib.

Ingilis dili tədrisi ilə məşğul olan 30-dan çox müəllim iştirak edib. Tədbirdə “TEFL və TESOL arasındakı fərq”, “Sinfin idarə olunması” və “Şagirdlərin səhvlərinin düzəldilməsi”  haqqında nəzəri və praktiki biliklər aşılanıb. Tədbiri Vision Academy-nin direktoru Könül Bağırova  giriş sözü ilə açaraq qonaqları salamlayıb və tədbir haqqında qısa məlumat verib.  Daha sonra TEFL və TESOL üzrə layihə rəhbəri Fidan Bağırova təhsil mərkəzində tədris olunan TEFL və TESOL proqramları haqqında geniş məlumat verib. 


Birinci hissədə Kanadada uzunmüddətli iş təcrübəsinə malik  TESOL mütəxəssisi Alidə İsgəndərli “TEFL və TESOL arasındakı fərq: Sənə uyğun proqramı necə tapmalı” təqdimatı ilə çıxış edib. “Proqramlar arasında seçim zamanı ölkənin və müraciət etdiyiniz müəssisənin tələbələrini nəzərə almalısınız. Bəzi ölkələrdə TEFL tələb kimi qoyulsa da , bəzi ali təhsil müəssisələri  TESOL və ya CELTA sertifikatı istəyə bilər. Əgər Azərbaycanda tədrislə məşğul olmaq istəyirsinizsə TEFL və TESOL sertifikatı kifayət edə bilər.” çıxışı zamanı Alidə xanım qeyd edib. Sonda iştirakçıların suallarını cavablandırıb.

Tədbirin ikinci hissəsində Elen Rochlin sinif otağının düzgün idarə olunması haqqında tərcübələrini bölüşüb. Şagirdlərin sözləri daha sürətlə yadda saxlaması üçün təcrübi üsullarını göstərib.Elen Rochlin : “Sinif otağı müəllim və tələbənin birlikdə qarşılıqlı formada ünsiyyətdə olduğu xüsusi bir yerdir” 
Vision Academy İngilis dili şöbəsinin  meneceri Nərminə Əliyeva “Şagirdlərin səhvlərin düzəldilməsi” adlı TEFL modulu ilə çıxış edib.Nərminə Əliyeva : “Siz dəqiq bilməlisiniz necə, nə zaman və nəyi düzəltmək lazımdır. Şagirdləri ruhdan salmamalı, əksinə cəsarətləndirməliyik. “ 

 Sonda tədbir iştirakçıları sertifikatla təltif olundular. 

Vision Academy beynəlxalq TEFL və TESOL akreditasiyalı mərkəzdir. 10 il ərzində biz minlərlə müştəriyə xidmət göstərmək qürurunu yaşayırıq. İnsanlar bizi keyfiyyət, etibar və peşəkarlıq səbəbi ilə seçir. Vision Academy – sizin etibarlı təhsil tərəfdaşınızdır.