AZ EN

“Vision Təqaüdü” layihəsinin qaliblərinə ilk təqaüdləri təqdim olundu!

06.04.2019-cu il tarixində qaliblərin mükafatlandırılma mərasimi keçirildi. 
Mərasim zamanı Vision Academy-nin rəhbəri Könül Bağırova qalibləri təbrik edib və uğurlar arzulayıb. Qaliblər tərəfindən belə bir mötəbər tədbirin keçirilməsi, gənclərin təhsilə marağının artırılması üçün  ardıcıl və sistemli tədbirlərin təşkil edilməsi  yüksək qiymətləndirilib. Sonda qaliblərə sertifikat, hədiyyə və mükfatalar təqdim edilib.
 Qeyd edək ki, Vision Təqüdü layihəsi Vision Academy tərəfindən Azərbaycanda ilk dəfə keçirilmişdir.

Qalibləri bir daha təbrik edirik!