AZ EN

Məktəblilərarası Bilik Yarışı - Synergy Quiz

ADA Universitetinin bir qrup fəal tələbələri tərəfindən təşkil olunan 1+1=3 The Ultimate Success Formula "Məktəblilərarası Bilik Yarışı - Synergy Quiz" keçirilib. Tədbir Baku Crystal Hall-da baş tutdu. Uğurlu gələcəyin ünvanı, Azərbaycanda yeganə TEFL akkreditasiyalı mərkəz olan Vision Academy tədbirin dəstəkçisi idi. İngilis dili, IELTS, TOEFL, SAT imtahanlarına hazırlıq, Xaricdə təhsil xidmətləri, Biznes və liderlik təlimləri, Tərcümə xidmətləri və 10-a yaxın xarici dilin tədrisini təklif edən Vision Academy stendinə böyük maraq olub. Stendi ziyarət edənlər Vision Academy`nin təklif etdiyi xidmətlər barədə ətraflı məlumat alıblar. Tədbirdə 100-ə yaxın məktəbli, müəllimlər və valideyinlər iştirak ediblər. Tədbir zamanı Vision Academy-nin Xaricdə Təhsil mərkəzinin direktoru Rövşən Bağırov Xaricdə təhsillə bağlı çıxış  edərək xaricdə təhsilin üstünlükləri, xaricdə təhsil zamanı diqqət edilməli vacib məqamlar haqqında məlumat verib. Bilik yarışması Bakı məktəblilər arasında keçirilib. Dünya görüşü, musiqi kimi bir neçə bölmədən ibarət olan yarış 3 qalib komandanın seçilməsi ilə nəticələndi. Qaliblərə Vision Academy tərəfindən hədiyyələr təqdim olundu.