AZ EN

İELTS təlimçilərinin hazırlanması üzrə təlim

16 və 23 mart tarixlərində Vision Academy İELTS təlimçilərinin hazırlanması üzrə təlim təşkil etmişdir.Təlim İELTS hazırlıq kurslarını keçirməyə hazırlaşan, yaxud təhsil kontekstində çalışan müəllimlərə, yaxud da CELTA məzunlarına yönəlikdir. 2 günlük təlimdə təlimçilər, ingilis dili müəllimləri və dillər fakültəsinin məzunları iştirak etmişlər. İştirakçılara İELTS bölmələri, balların tərtibi və tətbiqi və qiymətləndirmə meyarları üzrə biliklər verilmişdir. Təlimin ikinci günündə isə İELTS üzrə “Task 1” və “Task 2” təhlili, yazı və danışıq bölmələrinin hazırlanması və bu biliklərin tələbələrə aşılanması üzrə texniki biliklər və məlumatlar təqdim olunmuşdur. Praktiki hissədə iştirakçılar yazı və danışıq bölmələri üçün zəruri olan qrammatika və lüğət ehtiyatları kimi məsələlər ətrafında müzakirələr aparmışlar. Təlimdə iştirak edənlər öz fikir və təəsüratları ilə də bölüşmüşlər.Aidə, 23 yaş: “Mən daha öncə İELTS dəsrləri almışam və onun tələbə olaraq necə öyrənilməsi yollarını bilirəm. İndi isə mən artıq İELTS-I öz tələbələrimə öyrədilməsinin yolları, daha yaxşı dərs planlaması və önəmli hissələr üzrə biliklərin ötürülməsi vərdişlərinə yiyələndim. Mən anladım ki, İELTS tədrisi çox həyəcanverici, eyni zamanda çox çətin və məsuliyyətli bir məsələdir”. Aytən, 22 yaş: “İndiyəcən öyrəndiklərimin təkrar edilməsi mənim üçün çox yaxşı oldu. Təlim mənə yaxşı müəllim olmaq üçün özümə olan inamın və əminliyimin artmasına çox dəstək oldu”. Fidan, 35 yaş: “Mənim bu təlimdə öyrəndiyim əsas məqam ondan ibarət oldu ki, İELTS yalnız dil testi, yaxud öyrənmə strukturu deyil. O, sizi daha detallı düşünməyə, xəbərləri və yenilikləri izləməyə, kitablar oxumağa, bir sözlə, daha bilikli və həvəsli olmağa vadar edir. Mən həqiqətən də bu təlimdən zövq aldım!”Adilə, 22 yaş: “Bu, mənim üçün çox əla təcrübə oldu, çünki müəllim olmağı planlayıram. Mən dərsin idarə olunması, çatdırılma metodları və qısası öz dərsimi daha maraqlı və cəlbedici etmək yollarını kəşf etdim. Təşəkkürlər Vision Academy!”