AZ EN

“Karyera-2”

Vision AcademyОпубликовано Huseyn Huseynzade · Вчера в 14:49 · Karyerasını qurmaq istəyən gənclər üçün Vision Academy “Karyera-2” layihəsinə start verir.Vision Academy tərəfdaş olduğu şirkətlərdə çalışmaq şansı qazanacaq gənc məzunlara yönəlik “Karyera” layihələrinin yeni dönəmi üçün ərizələrin qəbulunu elan edir. Layihə çərçivəsində siz Vision Academy-də 1 aylıq bilik və bacarıqların artırılması proqramını keçirsiniz, şirkətlərə iş görüşməsinə gedirsiniz, qısa istehsalat təcrübəsində olursunuz və uğurlu namizədlər işə alınır! İşə alınacaq namizədlər kadrların idarə edilməsi, marketinq, mühasibatlıq və müştərilərlə iş şöbələrində çalışacaqlar. Layihədə iştirak şərtləri:Universitet məzunu olmaq, yaxud 4-cü kurs tələbəsi olmaqTam, yaxud yarı-gün işləmək imkanıVision Academy-nin 1 aylıq bilik və bacarıqların artırılması proqramında aktiv iştirak450 baldan yuxarı universitetə giriş balı, yaxud 80+ GPAXarici dil bilgisiSosial aktiv olmaqLayihədə iştirak etmək istəyən gənclər ərizə formasını doldurmaq və sənədlərin təqdim edilməsi üçün Vision Academy ofisinə gəlmələri tələb olunur. Ərizə ilə müraciət üçün son tarix 30 Yanvar, 2019-cu ildir.