Dünyanın ən öndə olan 2-ci ölkəsində təhsil imkanları!

18 oktyabr tarixində Vision Academy-nin Xaricdə Təhsil Ofisi nümayəndələri Rövşən Bağırov və Samil Niftalıyev YourChina şirkətinin təsisçisi Saken Joldıbayev ilə görüş keçirmişdir. Görüşün məqsədi azərbaycanlı tələbələrin Çində təhsil, ödənişsiz təhsil və digər imkanları idi. Vision Academy öz tərəfdaş şirkəti vasitəsi ilə tələbələrin Çində qarşılanması, ödənişsiz təhsil alması və eləcə də, ödənişsiz şəkildə yataqxana ilə təmin olunması barədə Çinin universitetləri ilə əməkdaşlığını genişləndirir. Çində Mühəndislik, İnformasiya texnologiyaları və Biznes üzrə təhsil proqramları ilə yanaşı, sosial, siyasi və humanitar elmlər kimi sahələr də dərin inkişaf edib.

 

“Çində təhsil intensiv inkişaf edir. Hazırda Çin dünyada ali təhsil sahəsində ikinci yeri tutur. Bu göstərici beynəlxalq jurnallarda dərc olunmaq meyarı əsasında müəyyən edilib. Dünyada ən reytinqli universitetlər arasında da ABŞ-dan sonra ikinci yerdədir; bu ölkənin 44 universiteti ən yaxşı 500 universitet arasındadır. Xarici tələbələrin üz tutduğu ölkələr reytinqində də Çin ön sıralardadır. Biz çox şadıq ki, Vision Academy belə bir imkanları olan ölkədə azərbaycanlı tələbələr üçün də təhsil seçimləri təqdim edir. Xatırladım ki, təklif edilən keyfiyyətli təhsil seçimlərini siz təqaüd, yataqxana, İELTS 5.5 kimi rahat şərtlərlə qazana bilərsiniz” Vision Academy Xaricdə Təhsil Ofisinin rəhbəri Rövşən Bağırov qeyd etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir